Azərbaycancaaz
Mir.az » Kitablar » Fyodor Dostoyevski "Yoxsul insanlar" PDF

Fyodor Dostoyevski "Yoxsul insanlar" PDF

Fyodor Dostoyevski "Yoxsul insanlar" PDF
  • Reytinq: 8
  • Şərhlər: 1
Populyarlıq 88% 88%


Diqqət Çəkənlər
Fyodor Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar” romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır.

«Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Devuşkinlə Varvara Dobrosyolovanın məhəbbət tarixçəsindən ibarətdir. Söhbət eşq macərasından getmir, adi insani, humanitar məhəbbətdən və şəfqətdən gedir. Kimisə sevmək, kiminçünsə yaşamaq insanın əzəli istəyi kimi səciyyələndirilir.

Makar Devuşkin artıq qocalmaqda olan, son dərəcə yoxsul və zavallı bir insandır. Varvara Dobrosyolova isə gənc və kimsəsiz bir qızdır. Devuşkinin bu qıza qarşı olan məhəbbətində atalıq qayğısı duyulur. Bu da daxildən gələn mənəvi ehtiyac kimi təzahür edir.

Devuşkinin faciəsi, əslində, yoxsulluğun deyil, məhəbbətin faciəsidir, sevən ürəyin məğlubiyyətidir.

“Oxşar” povestində iddialara və sosial ehtiraslara qapılmış kiçik insanın mənəvi iflası təsvir olunmuşdur.

“Zəif ürək” povestində qəhrəman sosial mühitin nəticəsi kimi deyil, mənəvi-insani məzmunun daşıyıcısı kimi təsvir olunur. Vasyanın faciəsinin səbəbini onun zəifliyi ilə izah etmək düzgün olmazdı. O özünü öz səadətinə layiq bilmir. Vasya xoşbəxt ikən bütün insanları xoşbəxt görmək istəyir.

“Ev sahibəsi” povestinin süjet xətti, xarakterləri və münaqişələri bir qədər mücərrəd şəkildə qurulmuşdur. Zəif ürəklər üçün azad seçim deyilən şey yoxdur, onları dəhşətə gətirən şey məhz azad seçim məsələsidir.

“Cənab Proxarçin” hekayəsində Proxarçinin faciəsinin səbəbi onun yoxsulluğunda və cibinin boş olmasında deyil, daha çox onun məhəbbətsiz həyatında və qəlbinin boş olmasındadır.
Fyodor Dostoyevski "Yoxsul insanlar" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. siyahim555
    siyahim555
    Kitabxanaçı
    "Və qəribə bir ağırlıq, ağrı, üzgünlük, qüssə hakim kəsiləndə, xatirələr onu qızmar gündən sonra rütubətli axşam çağındakı o şeh damcılarının istidən yanıb külə dönmüş o yazıq, sısqa çiçəyi təzələdiyi və canlandırdığı kimi canlandırır."

    DOSToyevski 💛
    --------------------
    Didilmiş bir qayığa düşən ay işığı kimiyəm. V.Vulf

Şərh Yaz