Azərbaycancaaz
Mir.az » Kitablar » Şərq Fəlsəfəsi - PDF

Şərq Fəlsəfəsi - PDF

Şərq Fəlsəfəsi - PDF
  • Reytinq: 6
  • Şərhlər: 0
Populyarlıq 83% 83%


Diqqət Çəkənlər

Bəşər fəlsəfi fikrinin, elm, ədəbiyyat və incəsənətinin yaradılmasında həm Şərq, həm də Qərb ölkələrinin xalqları birlikdə iştirak etmişlər. Mədəniyyət əvvəlcə Qədim Şərqdə, sonra Qərbdə vücuda gəlmiş, ayrı-ayrı tarixi dövrlərdə gah burada, gah da orada daha yüksək inkişaf mərhələsinə çatmışdır. Lakin qərəzkar ideoloqlar (məsələn, Hegel, Gertsen. Renan və b.) fəlsəfə tarixinə dair yazılarında Sərq xalqlarının mədəni irsinə çox zaman mənfi münasibət bəsləmiş, onun orijinal cəhətlərini inkar edərək tarixi əhəmiyyətini heçə endirməyə çalışmışlar. Elmə zidd qərəzkar iddiaların sonrakı onilliklərdə sovet dövründə səngidiyi ərəfədə Şərq xalqlarının dünya mədəniyyəti xəzinəsinə verdiyi töfhələri əks etdirən bir çox əsərlər çapdan çıxmışdır. Bununla bərabər Şərqdə yaradılmış əzəmətli mədəni irsə mənfi münasibət bəsləyənlər, onun böyük əhəmiyyətini görmək istəməyənlər də az olmamışdır. Ən yaxşı halda fəlsəfə tarixinə dair tədqiqat əsərlərində Şərqə və Qərbə aid inkişaf mərhələlərini müəyyənləşdirərkən orta əsrlər dövründə hər iki regionda ideologiyanın yalnız dini səciyyə daşıdığını qanunauyğun hal saymışlar. Məsələn, ”SSRl-də fəlsəfə tarixi” kitabında deyilir: "SSRİ xalqlarının hamısında, eləcə də başqa xalqlarda feodal cəmiyyətinin ideoloji həyatının ümumi qanunauyğunluğu dini dünyagörüşünün hökmranlığıdır. Engels katolik dünyası ölkələrinin tarixi təcrübəsinə əsaslanaraq dəfələrlə qöstərmişdir ki, orta əsrlərin dünyagörüşü ən çox teoloji səciyyəli idi".
Şərq Fəlsəfəsi - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar