Azərbaycancaaz
Mir.az » Kitablar » Elnur Əliyev "Farsca ünsiyyət cümlələri" PDF

Elnur Əliyev "Farsca ünsiyyət cümlələri" PDF

Elnur Əliyev "Farsca ünsiyyət cümlələri" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Sevimli Dostlar !
Yüklədiyiniz kitab Ərəb və Fars dili mütəxəssisi Elnur Əliyev tərəfindən Fars dilini öyrənən tələbələrin inkişafı üçün nəzərdə tutulmuşdur. Bildiyimiz kimi, fars dili qədim və zəngin dillərdən biridir. Bu dili öyrənməklə Nizami Gəncəvi, Sədi Şirazi, Hafiz və bir çox başqa Azərbaycan və İran klassiklərini öz orijinal dilindən oxuya bilərsiniz.
Fars dili olduqca çoxsaylı qədimi sənədlərin dilidir və bu dili bilmək tarixçilər üçün əvəzedilməzdir. Fars dili İran, Əfqanıstan, Tacikistan kimi ölkələrdə rəsmi dil sayılır. Eyni zamanda Özbəkistan, Türkmənistan və Pakistanda da bu dildə danışan etnik qruplar vardır. Ana dili kimi 60 milyondan çox, ikinci dil kimi isə təxmini 53 milyon insan tərəfindən istifadə olunur. Digərlərini nəzərə almaqla ümumi olaraq fars dili 110 milyon əhalinin danışıq dilidir. Uca Allaha şükür edirəm ki, bu kitabı yazmaqla cəmiyyətə fayda verə bildim. Həzrət Əli (ə) buyurur ki, cəmiyyətə xeyir verdiyin qədər dirisən. Dərslərin mənimsənilməsində hər birinizə müvəffəqiyyət diləyirəm.
Elnur Əliyev "Farsca ünsiyyət cümlələri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar