Azərbaycancaaz
Mir.az » Kitablar » Azərbaycan Rəssamları Haqqında Kitabça. PDF

Azərbaycan Rəssamları Haqqında Kitabça. PDF

Azərbaycan Rəssamları Haqqında Kitabça. PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Azərbaycan Dövlət Rəsm Qalereyası haqqında Məlumat

Azərbaycan Dövlət Rəsm Qalereyası 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında 1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına son illərdə fonda yüksək bədii keyfiyyətə malik müasir təsviri və dekorativ sənət nümunələri toplanmışdır. Qalereya tərəfindən mütəmadi olaraq müxtəlif müəssisə və təşkilatlarda, regionlarda fəaliyyət göstərən dövlət rəsm qalereyalarında sərgilər təşkil olunur. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir. Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir. Qalereyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Qalereya aidiyyatı sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edir; Təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və perspektivləri haqqında analitik materiallar hazırlayır, onların inkişafına dair tövsiyyələri işləyib Nazirliyə təqdim edir; Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən sərgilərin böyük əksəriyyəti əsasən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır. Bu gündə Azərbaycan Dövlət Rəsm Qalereyası ölkədə milli təsviri sənətimizin ən nadir incilərinin qorunub saxlandığı zəngin kolleksiyaya malik olan mədəniyyət müəssisəsi olmaqla bərabər, əsərləri bu qalereyada olan rəssamların yaradıcılığını təbliğ edən, həmin rəssamların tanıdılmasını qarşısına məqsəd qoyan mədəniyyət ocağına çevrilməkdədir. Qalereyanın elmi işciləri tərəfindən müxtəlif layihələr çərçivəsində ayrı-ayrı rəssamların həyat və yaradıcılıq bioqrafıyası da araşdırılaraq qələmə verilir. Azərbaycan Dövlət Rəsm Qalereyasının əsas işlərindən biri ilk dəfə olaraq rəssamların Vahid İnformasiya bazasının elektron formada yaradılması olmuşdur (infosourceazgallery.az). Bu kitabça əsasən İKT-dən istifadəyə üstünlük verməyən tamaşıçılarımız üçün nəzərdə tutulmuşdur. Bu ilk təcrübə və ilk kitabçadır. Gələcəkdə bu silsilədən olan digər kitabçalar da hazırlanacaqdır.
Azərbaycan Rəssamları Haqqında Kitabça. PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar