Azərbaycancaaz
Mir.az » Kitablar » Səməd Behrəngi "Balaca Qara Balıq" PDF

Səməd Behrəngi "Balaca Qara Balıq" PDF

Səməd Behrəngi "Balaca Qara Balıq" PDF
  • Reytinq: 18
  • Şərhlər: 1
Populyarlıq 89% 89%


Diqqət Çəkənlər

Səməd Behrəngi 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul azərbaycanlı ailəsində anadan olmuşdur. Onun atası İzzət beş övladından ikisini,
o cümlədən Səmədi oxutdurmağa müvəffəq olmuşdu. Bu, ağır məhrumiyyətlər bahasına başa gəlmişdi. Səmədin qardaşı Əsəd Behrənginin “Keyhan” qəzetində dərc etdirdiyi yazı bu cəhətdən maraqlıdır. Yazının bir yerində oxuyuruq: “Hər gün səhər tezdən məhəllə sakinləri başmaqlarını qoltuğuna vurub sürətlə qaçan bir oğlan uşağını görür və bir-birindən onun kim olduğunu soruşurdular: – Nə üçün o, həmişə qaçır? Başmaqlarını niyə qoltuğuna vurur? Sonralar məlum oldu ki, həmin uşaq onların məhəlləsində yaşayan fəhlə İzzətin oğludur. Oxuduğu məktəb uzaqda olduğundan qaçır ki, gecikməsin.
Başmaqlarını da qoltuğuna ona görə vurub ki, yırtıqdır, qaçmağına mane olur...
Uşağın adı Səməddi”. Səməd ibtidai məktəbi oxuyub qurtardı. Sonra Təbriz pedaqoji məktəbini bitirib, bir müddət İran Azərbaycanının ucqar kəndlərində müəllimliklə məşğul oldu. Zəhmətkeş kəndlilərin həyatı ilə yaxından tanışlıq Səməddə yazıb-yaratmaq,
yoxsulların məhrumiyyətlərini qələmə almaq həvəsi oyatmışdı. O, Təbriz universitetini bitirib, xeyli dəyərli əsərlər yazandan sonra vətəndaş yazıçı kimi tanınmağa başladı. Səməd Behrəngi müasir Fars və İran Azərbaycanının mütərəqqi nəsrinin,
xüsusilə uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi təkcə İranda deyil, həm də dünyanın bir çox ölkəsində tanınır. Yazıçının əsərləri bir neçə il bundan əvvəl İngiltərədə keçirilən uşaq ədəbiyyatı sərgisində nümayiş etdirilmişdir. İtaliyanın Boloni şəhərində Beynəlxalq uşaq ədəbiyyatı müsabiqəsində onun “Balaca Qara Balıq” hekayəsi mükafata layiq görülmüşdü. Behrəngi cəmi 29 il ömür sürmüşdür. Lakin bu az müddət ərzində o, zəngin bədii irs yaratmışdır. Onun yazıları qəzet və jurnallarda dərc olunmuş, dəfələrlə kitab halında çapdan çıxmışdı. Yazıçının “Balaca Qara Balıq”, “Bir hulu, min hulu”, “Ulduz və qarğalar”, “24 saat yuxuda və ayıqlıqda”, “Çuğundursatan oğlan”, “Qar dənəsinin sərgüzəşti” və s. əsərləri yüksək qiymətləndirilir. Onun yaradıcılığında uşaq hekayələri və uşaqlara aid başqa yazıları geniş yer tutur. Kapitalist dünyasında əməkçi balalarının yoxsul və fərəhsiz dolanışığı, onların əzab-əziyyəti, mübarizəsi Səməd Behrəngi qələmi ilə geniş təsvir olunur.
Səməd Behrəngi "Balaca Qara Balıq" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Rüqəyya
    Qonaq Rüqəyya
    Qonaq

    Salamın aleyküm

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar