Azərbaycancaaz
Mir.az » Kitablar » Mirzə Əbdülxalıq Yusif "Qəzəllər" PDF

Mirzə Əbdülxalıq Yusif "Qəzəllər" PDF

Mirzə Əbdülxalıq Yusif "Qəzəllər" PDF
  • Reytinq: 1
  • Şərhlər: 3
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

XIX əsrdə yaşayıb yaradan, öz dövründə Qafqaz şairlərinin önündə gedən və o taylı-bu taylı Azərbaycanda məşhur şair kimi tanınan Mirzə Əbdülxalıq Yusifin “Diriltdi aləmi eşqin nidası” adlı şeirlər kitabı (2002) və şair haqqında “Mirzə Əbdülxalıq Yusif” adlı monoqrafiyamız (2000) nəşr olunub oxuculara çatdırılmışdır. Şairin bu kitabında isə yalnız çap olunan və çap olunmayan qəzəlləri toplanmışdır.
Yusif haqqında tədqiqatlarımız dəfələrlə çap olunduğundan burada onun qəzəlləri haqqında əhatəli söhbət açmaq istəmirik. Bu kitabı hazırlarkən oxucu kütləsini də nəzərə aldıq və bir sıra fonetik dəyişikliklər apardıq. Ancaq əruzun pozula biləcəyi təqdirdə əvvəlki şəkli saxlamağa məcbur olduq. Məsələn: “Səri-bazardə rüsvalıq olmaz” misrasında “bazardə” sözünü “bazarda” kimi, “Bidanişü ürfan necə hikmətdən urar dəm” misrasında “urar” sözünü “vurar” kimi, “”Dal”dür bir nöqtədə məcmui-mənidən xitab” misrasında “dal”dür” sözünü “dal”dır” kimi yazmaq oxunuşda təhrifə gətirib çıxardığına görə olduğu kimi verdik. Bəzi sözlərdə bu cür hərf dəyişmələri vardır, amma belə hallar o qədər də çox deyildir.
Mirzə Əbdülxalıq Yusifin dəyərli, bənzərsiz ədəbi irsi hələ də öz tədqiqatçılarını gözləyir.
Mirzə Əbdülxalıq Yusif "Qəzəllər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Qonaq Ziyafət
    Qonaq Ziyafət
    Qonaq

    Salam. Kitabı yükləməyə icazə verin

  2. Qonaq Ziyafət
    Qonaq Ziyafət
    Qonaq

    Mirzə Əbdülxaliq Yusif. Qəzəllər. kitabını nə elektron kitabxanada nə də bir yerdə tapmaq mümkün olmadı. Bu kitab həqiqətən də mövcuddurmu? Xahiş edirəm kömək edəsiniz.

    1. Admin
      Admin
      Bilgin

      Bəli, kitab bizim saytda mövcuddur, qeydiyyatdan keçib yükləyə bilərsiniz.

      --------------------
      İnstagram

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar