Azərbaycancaaz
Mir.az » Kitablar » Mirzə Əli Möcüz "Şeirləri" PDF

Mirzə Əli Möcüz "Şeirləri" PDF

Mirzə Əli Möcüz "Şeirləri" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Mirzə Əli Möcüz (Sabirə nəzirə)

Beş gündü cahan, dövləti neylərsən əmoğlu?
Elmi, hünəri, sənəti neylərsən, əmoğlu?
Ölç kölgəni gündüz, gecə bax ulduza, ayə,
Kafər qayıran saəti neylərsən, əmoğlu?
Bozbaş dediyin başə bəla, canə xətərdir,
Yat, dur səhər olsun, əti neylərsən, əmoğlu?
Üryan gələcək məhşərə məxluq təmamən,
Alma nisiyə, xələti neylərsən, əmoğlu?
Biqeyrət edər ağlamaq insanı, deyerlər,
Xərc eylə gedə, qeyrəti neylərsən, əmoğlu?
Bağla belüvə qeyrəti, namusu, həyanı;
Sat qəddərəni, Hacəti neylərsən, əmoğlu?
Arxa yaralı, baş xoralı, sinə cərahet,
Bu zəhmət ilə cənnəti neylərsən emoğlu?
Sən rum qızını bəslə Bəyoğlunda, danış gül!
İrandakı ac külfəti neylərsən, əmoğlu?
Huri verecəklər sənə: xərmən kimi zülfü,
Bir kəlləsi daz övrəti neylərsən, emoğlu?
Vaiz ki, satıbdır sənə cənnati-nəimi,
Şahiddi xuda, Höccəti neylərsən, əmoğlu?
Saqqalı uzun, kəlləsi küt, fikri darısqal.
Sən surətə bax, sirəti neylərsən, əmoğlu?
Möcüz danışar bal kimi, aç ağzuvi, dinlə,
Qəndi, rətəbi, şərbəti neylərsən, əmoğlu?
Mirzə Əli Möcüz "Şeirləri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar