Azərbaycancaaz
Mir.az » Kitablar » Əmir Xosrov Dəhləvi "Şirin Və Xosrov" PDF

Əmir Xosrov Dəhləvi "Şirin Və Xosrov" PDF

Əmir Xosrov Dəhləvi "Şirin Və Xosrov" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Əmir Xosrov Dəhləvi 1253-cü ildə Hindistanın indiki Uttar-Pradeş ştatında anadan olub. Əsil-nəsəbcə Orta Asiyanın türkdilli xalqlarından çıxmış atası Əmir Mahmud Şəmsi Laçın monqol istilası zamanı Hindistana köçüb. Əmir Xosrov Dəhləvi gənc yaşlarından Şeyx Nizaməddin Övliyanın “Çeştiyə” dini təriqətinə yaxınlıq göstərib. O, musiqinin həm nəzəri, həm də təcrübi aspektləri ilə məşğul olub.

Əsərlərini fars, hind və urdu dillərində qələmə alan görkəmli şair özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Lirik şeirləri “Töhfət üs-siqər” (“Uşaqlıq töhfəsi”), “Vəsət ül-həyat” (“Həyatın ortası”), “Qürrət ül-kəmal” (“Kamalın başlanğıcı”), “Bəqiyyət ül-naqiyyə” (“Təmiz qalıq”), “Nihayət ül-kəmal” (“Kamalın sonu”) adlı beş mükəmməl divanda toplanıb.

Epik əsərləri içərisində N.Gəncəvinin “Xəmsə”sinə nəzirə olaraq “Mətlə ül-ənvar” (“Nurların mənbəyi”), “Şirin və Xosrov”, “Məcnun və Leyli”, “Ayineyi-İsgəndəri” (“İsgəndərin aynası”), “Həşt behişt” (“Səkkiz cənnət”) adlı poemalarını qələmə alıb. Bu əsərlər Yaxın və Orta Şərq xalqlarının ədəbi fikir xəzinəsini zənginləşdirib.
Əmir Xosrov Dəhləvi "Şirin Və Xosrov" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar