Azərbaycancaaz
Mir.az » Kitablar » Mark Levi "Qadın və kişi" PDF

Mark Levi "Qadın və kişi" PDF

Mark Levi "Qadın və kişi" PDF
  • Reytinq: 11
  • Şərhlər: 2
Populyarlıq 82% 82%


Diqqət Çəkənlər
Uzun müddətdir bu kitabı oxumağa hazır hiss edəcəyim zamanı gözləyirdim, bu kitaba bir neçə dəfə başlayıb yarım qoymuşdum. Və bir neçə gün əvvəl tam bu kitabı oxumalı olduğumu hiss etdim və oxumağa başladım.
O qədər yüngül, axıcı və sürükləyici bir mövzusu var ki. Oxuyanda əsla yorulmadım. Tam özünüzü pis hiss etdiyiniz bir anda oxunacaq kitabdı.
Mövzusuna gəldikdə, Mia məhşur aktrisadır, evlidir və həyat yoldaşı ilə eyni sənətə sahibdir. Son filmlərində isə birlikdə rol alırlar. Buna baxmayaraq aralarındaki soyuqluq keçmək bilmir. Mia Davidin ona olan soyuq davranışlarından bezərək rəfiqəsi Deyzinin yanına gedir və bir müddət özünü hər şeydən kənarlaşdırmağa çalışır. Bu müddət ərzində Mianın Pol ilə tanışlığını və onların yaşadıqları həyəcanverici anları oxuyuruq. Mia və Pol'un münasibətindəki istilik düşünürəm ki, kitabı oxuyan hər kəsə mükəmməl təsir bağışlamışdır.
Mənə ən çox təsir edən isə Kyong'un hekayəsi idi.
Polun əsla saxtakarlığı bacarmaması və sonda hər şeyi etiraf etməsi mükəmməl idi.
"- Bəs indi, hesaba alındı, ya alınmadı?
- Alındı."
Mark Levi "Qadın və kişi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 2

Şərh Yaz
  1. Tehmine Ceferli
    Tehmine Ceferli
    Qonaq
    Ela beyendim
  2. Qonaq Aygün
    Qonaq Aygün
    Qonaq
    Bu kitabı oxumağa ehtiyacim var. Nişanlıyam və yolunda getməyən şeyler var...

Şərh Yaz