Azərbaycancaaz
Mir.az » Kitablar » Philip Reeve "Yürüyen Kentler" PDF

Philip Reeve "Yürüyen Kentler" PDF

Philip Reeve "Yürüyen Kentler" PDF
  • Reytinq: 9
  • Şərhlər: 1
Populyarlıq 78% 78%


Diqqət Çəkənlər

İlk kitabı 2001-ci ildə yayımlanmış və 2006-cı ildə tamamlanmış, gənclərə xitab edən 4 kitablıq elmi-fantastik seriya.

Hekayə, "60 dəqiqə müharibələri" ilə daha da məhv olmuş, qiyamət sonrası dünyada keçir. Ardıcıl sarsıntılar o qədər şiddətli olmuşdur ki, planetdə ciddi geoloji dəyişikliklər və fasiləsiz təbii fəlakətlər baş verir.

Tanrı Nicholas Quirke, insanlar zəlzələlərdən, daşqınlardan xilas ola bilsin deyə, Londona nəhəng mühərriklər və təkərlər taxır. Londonun gücü onun digər şəhərləri "yeməsinə" imkan verir.

Bu texnologiya digər şəhərlər arasında da sürətlə yayılır və dünyada bir növ "Bələdiyyə Darvinizmi" başlayır.

Hər şəhər və onun sakinləri digər şəhərlərdən və planetin təbii fəlakətlərindən xilas olmalı, eyni zamanda öz mövcudluğunu qorumalıdır.

Əlbəttə ki, hər şey deyildiyi qədər bəsit olmayacaq...

Əsər əsasında 2018-ci ildə, Christian Rivers tərəfindən eyniadlı film çəkilmişdir. Əslində, ekran işi kitaba görə çox zəif hesab olunur, lakin janrın sevənləri üçün maraqlı olacaqdır :
Philip Reeve "Yürüyen Kentler" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Nahid Əmənzadə
    Nahid Əmənzadə
    Oxucu
    Bunun filmində kitabınıda çox sevirəm

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar