Azərbaycancaaz
Mir.az » Yazar » Elxan Elatlı kimdir? Elxan Elatlı haqqında məlumat

Elxan Elatlı kimdir? Elxan Elatlı haqqında məlumat

4 313
Elxan Elatlı kimdir? Elxan Elatlı haqqında məlumat
Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı("Qisas gecəsi"), digəri psixoloji roman ("Mərtəbələr") və "Xəstə ruhlar" əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Şərhlər 8

Şərh Yaz
  1. Jasmin Hadizade
    Jasmin Hadizade
    Oxucu
    Salam.size cox boyuk sagolunki bu cur dahi yazicilarin mohtesem eserlerini oxumaga sans yaradirsiniz.men Elxan muellimin Xeyanet kitabini oxumusam ilk once.ve bu eserden sonra onun Qan lekesi eserini oxudum.bu 2 kitabdan sonra onun yaziciligina,ureyine,fikirlerine heyran oldum.qalan eserleri haqqinda maraqlandim.melum meseledir ki,maddi baximdan kitablarin hamisini almaq olmur.bezi saytlarda eserlerin adi olurdu.amma yuklemek alinmirdi.yada yuklenitdi amma acilmirdi.sonra sizi kesf etdim.tesadufen.ve bu tesaduf heyatimda cox xos hissler qoydu.cox sagolun.sagolunki insanlara imkan yaradirsiniz.her movzuda kitab var burada.men kitablari lap usaqliqdan sevirem.anam kitabxanada islediyi ucun kitablarla coxdan tanisiq.ama bu saytda istediyim ve tapa bilmediyim butun kitablari demek olarki tapdim.
    Elxan muellime ise boyuk ureyi ucun minnetdaram.onun vetenperverlik ruhunda yazdigi eserler ureyimi sizlatdi.Allah onun canini sag elesin.ve bu mohtesem eserlerin ardi gelsin insallah.sizi cox sevirik Elxan Elatli.Azerbaycan torpagi(Şamaxi)yetişdirirde???
    1. Qonaq Müşfiqə
      Qonaq Müşfiqə
      Qonaq
      Möhtərəm yazarımıza allahdan çan sağlığı,bol-bol uğurlar arzu edirəm.Bütün kitablarını çox sevirəm.Amma uzun müddət bundan qabaq oxusamda hələ də yaddaşımda dərin iz buraxan "Cəhənnəmdən gələn səs"i unuda bilmirəm.Bu əsər xalqımızın "Xocalı Faciəsi"ni əks etdirən və bu yaranın nə qədər dərin olduğunu bizlərə aydın göstərən qeyri-adi bir güzgüdür sanki.
  2. Natavan Abdullayeva
    Natavan Abdullayeva
    Oxucu
    Möhtəşəm,həmişəki kimi?

  3. Elcin Ibrahimov_2
    Elcin Ibrahimov_2
    Oxucu
    Elxan Elatlının ilk romanı hansıdır və neçənci ildə işıq üzü görüb?
  4. Nuridə Bayramova
    Nuridə Bayramova
    Oxucu
    Susan qadın kitabını da yuklesez sevinerem öncədən təşəkkürlər.
    1. İmmuradalizade
      İmmuradalizade
      Oxucu

      Artıq yüklənib.

  5. Pervane Mustafayeva
    Pervane Mustafayeva
    Oxucu

    Alternativ əməliyyat əsərini yükləyin xahiş edirem

    1. ltsfidan_
      ltsfidan_
      Oxucu
      Həmin kitabı 10 dəqiqə olar bitirmişəm sözün əsl mənasıyla mükəmməldir hissləri çox gözəl keçirir bir kitabda həm gülüb həm ağlaya həmdə sevinə bilirsən tövsiyyə edirəm

Şərh Yaz