Azərbaycancaaz
Mir.az » Kitablar » Elxan Elatlı "Mərtəbələr" PDF

Elxan Elatlı "Mərtəbələr" PDF

Elxan Elatlı "Mərtəbələr" PDF
  • Reytinq: 83
  • Şərhlər: 13
Populyarlıq 82% 82%


Diqqət Çəkənlər

İbrahimi xoşbəxt ailə başçısı, bəxti gətirmiş kişi saymaq olar. Özü ali təhsilli müəllim olsa da, ailəsini daha yaxşı dolandırmaq üçün işini buraxıb taksi sürür. Həyat yoldaşı Fəridə, dərslərini yaxşı oxuyan iki ağıllı övladı və anası ilə birgə ehtiyac içində də olsa, hər halda şad-xürrəm yaşayır. İbrahimə ən çox qol-qanad verən də elə Fəridədir. Orta məktəbdə müəllimə işləyən Fəridə İbrahimi çox sevir, onun ailəsi naminə fədakarlığına, hər əziyyətə qatlaşmasına yüksək dəyər verir. Özü də çətinlikdən, zəhmətdən çəkinmir, güzəranlarını yaxşılaşdırmaq üçün bacardığı hər işin qulpundan yapışır. Amma bu sadə, zəhmətkeş və xoşbəxt ailənin dincliyi uzun sürmür. Bədbəxtlik bu ailəyə Fəridənin Rusiyada yaşayan bacısı Cəmilə ilə birlikdə gəlir. Cəmilənin əri Akif var-dövləti başından aşan iş adamıdır. İki bacının ailəsi bir ay eyni mənzildə yaşamalı olur. Bu bir ayda Fəridə də dəyişir, uşaqları da… Qonaqlar çıxıb gedəndən sonra o zəhmətkeş, gözü-könlü tox və qürurlu müəllimədən, o ağıllı uşaqlardan əsər-əlamət qalmır. Bacısına həsəd aparan, amma Cəmilənin əri Akifi bu mərtəbəyə qaldırmaq üçün neçə yad kişi ilə oturub-durduğunu bilməyən Fəridə evdə hər gün pul davasına çıxır. Uşaqları da “müəllimə” analarına baxıb atalarından üz döndərir. İbrahim çıxış yolu tapmağa çalışır və məşum bir qərar verir…
Elxan Elatlı "Mərtəbələr" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 13

Şərh Yaz
  1. Asim Mustafayev
    Asim Mustafayev
    Oxucu
    Çox gözəl kitaba bənzəyir. Sözsüz ki bu kitabı Elxan müəllim kimi bir yazar yazıbsa təbii ki mövzular daha maraqlı olur
  2. ilaha sadiqova
    ilaha sadiqova
    Oxucu
    Əla kitab.oxumuşdum yenə həvəslə oxuyacağam
  3. Qonaq Efsane
    Qonaq Efsane
    Qonaq
    Umid ediremki qeydiyyatdan keçməklə maraqlı kitablar yükləyə bilecem

  4. Vafa PirMurad
    Vafa PirMurad
    Oxucu
    Təşəkkürlər!
  5. Aynur_3
    Aynur_3
    Oxucu
    Çox qəşəyyy kitablardı
  6. Leyla Abbasova_2
    Leyla Abbasova_2
    Oxucu
    Təşəkkürlər.Müəllifin "Eksperiment"əsərini yükləsəniz sevinərəm.
  7. Qonaq Asif
    Qonaq Asif
    Qonaq
    Kitabları çox sevirem
  8. Qonaq Könül
    Qonaq Könül
    Qonaq
    Çox xahiş edirəm necə qeydiyyatdan keçmək lazımdır. Mənə bildirin.
    1. - bibliophile -
      - bibliophile -
      İdarəçi
      Google hesabınız ilə giriş edin. Profil baş tutacaq.
  9. Qonaq Zərifə
    Qonaq Zərifə
    Qonaq
    Salam, mən heç cür qeydiyyatdan keçə bilmədim necə keçim qeydiyyatdan?

  10. Amin Ağdamlı
    Amin Ağdamlı
    Oxucu
    Həqiqətən çox gözəl bir roman idi
  11. mubariz qafarzade
    mubariz qafarzade
    Oxucu
    Armed Misel de cox geshengdi
  12. Nemo Amerli
    Nemo Amerli
    Oxucu
    Yükləyə bilmirəm

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar