Elxan Elatlı "Cəhənnəmdən Gələn Səs" PDF

Detektiv romanlar müəllifi Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. "Leopard" ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
-
Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük...
- Bütün Kitablarına Bax
65Bəyəndim 2Bəyənmədim
Sayta dəstək olmaq üçün kitablar haqqında şərh yaza və Telegram kanalımıza qoşula bilərsiniz. Telegram kanalımızda maraqlı paylaşımlar olur. Təşəkkürlər.