Azərbaycancaaz
Mir.az » Dərslik » 7-ci sinif Fizika fənni üçün metodik vəsait - PDF

7-ci sinif Fizika fənni üçün metodik vəsait - PDF

7-ci sinif Fizika fənni üçün metodik vəsait - PDF
  • Reytinq: 86
  • Şərhlər: 3
Populyarlıq 81% 81%


VII sinif üçün “Fizika” dərslik komplekti Azərbaycan Respublikası Təhsil nazirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının Ümumtəhsil məktəbləri üçün Fizika fənni üzrə təhsil proqramı (kurikulumu) (VI–XI siniflər)” əsasında hazırlanmışdır.

Fizika fənni üzrə VII sinif dərsliyi təbiət-cəmiyyət münasibətləri baxımından şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması bacarıqlarının inkişafını ön plana çəkmişdir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, proqnoz vermək, referatlar hazırlamaq, təbiətdə və cəmiyyətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığı formalaşdıracaq, müasir Azərbaycan şagirdinə tolerantlıq, ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarma, layihələr irəli sürmə bacarıqları verəcəkdir.
Dərsliklərin komplekt şəkildə nəşr olunması təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara cəlb olunur, onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağı nəzərə alınmaqla zəruri həyati bacarıqların formalaşdırılmasına, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlimə marağı artırır. Dərslik komplektində Fizika fənni üzrə təhsil proqramında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyaniliyin, müasirliyin, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcıllıq nəzərə alınmışdır. Dərslikdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, lakonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən verilmiş tapşırıqların şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.

Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.
7-ci sinif Fizika fənni üçün metodik vəsait - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Qonaq Nahid
    Qonaq Nahid
    Qonaq
    Yüklənsin
  2. Qonaq Gulnaz
    Qonaq Gulnaz
    Qonaq
    Yene de 7 ci sinifler üçün agirdir
  3. Qonaq Gulnaz
    Qonaq Gulnaz
    Qonaq
    Salam.Təşəkkür gec de olsa.

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar