Azərbaycancaaz
Mir.az » Dərslik » Coğrafiya - 9-cu sinif - metodik vəsait PDF

Coğrafiya - 9-cu sinif - metodik vəsait PDF

Coğrafiya - 9-cu sinif - metodik vəsait PDF
  • Reytinq: 19
  • Şərhlər: 3
Populyarlıq 74% 74%


IX sinif üçün Coğrafiya dərslik komplekti ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında hazırlanmışdır. Dərslik komplekti
coğrafiya fənn kurikulumunda əks olunan məzmun standartları və təlim nəticələrinə, təlim prosesinin təşkili qaydalarına, həmçinin qiymətləndirmə konsepsiyasına uyğundur.
Dərslik hazırlanarkən onun aşağıdakı funksiyaları və təlim materialların təqdimolunma prinsipləri nəzərə alınmışdır: Öyrədici/inkişafetdirici funksiya – şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürünün inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə iş vərdişlərinin formalaşdırılmasını nəzərdə tutur. Dərslik coğrafiya elminin əsaslarını şərh etməklə yanaşı, təlim materialının mənimsənilməsi məqsədilə şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi öyrədir. Dərsliklə iş zamanı özünütəlim, özünənəzarət, informasiyanın axtarılması və sistemləşdirilməsi, konspektləşdirilməsi, ümumiləşdirilməsi, əsas anlayışların çıxarılması üçün zəruri olan bilik, bacarıq və vərdişlər inkişaf etdirilir. Dərslik şagirdlərə formalaşan anlayışların, təsəvvürlərin, obrazların, öyrəndikləri qayda, qanun və nəticələrin düzgünlüyünü müstəqil yoxlamağa imkan verir. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq edir, tədqiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim edilməsi, təbiətdə və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair vərdişlərin formalaşdırılmasına imkan yaradır.

Tərbiyəedici funksiya dərsliyin məzmununun şagirdlərdə mənəvi dəyərlərin formalaşmasına təsiri, dərsliklə iş prosesində onlarda tolerantlıq, vətənpərvərlik hissi, zəhmətsevərlik, öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə uyğun hərəkət etmək kimi şəxsi keyfiyyətlərin inkişafını nəzərdə tutur. Bütün bunlara dərsliyin məzmununun humanistləşdirilməsi, sosiallaşdırılması (ümumbəşəri dəyərlərə, inkişafın sosial istiqamətdə aparılmasına diqqət yetirilməsi) və ekolojiləşdirilməsi (insanı onun yaşadığı mühitlə, həyatın bərpa olunması şəraiti ilə sıx əlaqədə nəzərdən keçirmək) yolu ilə nail olmaq olar. Bununla bərabər təklif olunan bir çox tapşırıqların yerinə yetirilməsi onların qrup və ya cütlər şəklində yerinə yetirilməsini
nəzərdə tutur, deməli, ünsiyyət qurma, birlikdə qərar qəbul etmə kimi vərdişlərin inkişafına imkan yaradır.

İnformasiya prinsipi – şagirdləri vacib, müasir, dəqiq və lazımi həcmdə məlumatla təmin edir, onların dünyagörüşünü formalaşdırır.
Transformasiyaedici (dəyişdirici) prinsip – dərslikdəki material şagirdlərin yaş xüsusiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, yaradıcı qavrama baxımından sadədir. Dərslikdəki mətn əsas anlayışların, nəticələrin izahı baxımından mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.
Sistemləşdirici prinsip – dərslikdəki material sistemli şəkildə, məntiqi və xronoloji ardıcıllıq nəzərə alınaraq verilmişdir. İnteqrasiya prinsipi – fiziki, iqtisadi və sosial coğrafiya, xəritəşünaslıq arasında inteqrasiyanın olması şagirdlərə dünyada baş verən təbii, sosial-iqtisadi hadisə və 4
prosesləri, təbiət və cəmiyyət arasında qarşılıqlı əlaqələri daha dərindən dərk etməyə, insanın hərtərəfli fəaliyyəti və məskunlaşması üçün coğrafi mühit şəraitini qiymətləndirməyə imkan verir.
Coğrafiya - 9-cu sinif - metodik vəsait PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Abbas Yusubov
    Abbas Yusubov
    Oxucu
    Hələ gozduyurem
  2. Qonaq Ilahe
    Qonaq Ilahe
    Qonaq
    Metodiki acmaq isteyirem
  3. Albina
    Albina
    Qonaq
    Dərs oxumaq üçün kitab lazımdır.

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar