Azərbaycancaaz
Mir.az » Dərslik » Xatirə Həsənova "Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri" PDF

Xatirə Həsənova "Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri" PDF

Xatirə Həsənova "Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

“Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri” fənni üzrə dərs vəsaiti. Bakı, 2021, 282 səh.
Qidalanma yalnız sosial yönümlü bir hadisədir və hər bir xalqın qidalanması onun tarixi, iqlimi, yaşayış yeri ilə ayrılmaz surətdə bağlıdır. Dünya xalqlarının qida ənənələri yalnız qlobal mədəniyyətin bir hissəsi kimi deyil, həm də turizm resursları kimi qəbul ediməlidir.
Hal - hazırda dünya xalqlarının qida ənənələri və mədəniyyətlərindən, tarixi və mədəni abidələrindən, gündəlik həyatın rituallarından alınan mədəni təəssüratların məcmusu şəklində təqdim olunan və istehlak olunan mədəni qastronomik turizm geniş inkişaf etmişdir. Planetdə mövcud olan etnosların prinsipial fərqlərinə baxmayaraq, bütün xalqlar eyni məhsullardan istifadə edir. Məhz bu məhsullar və onların emalı hər bir xalqın qida mədəniyyətinin əsasıdır.
Bu dərslik təkcə dünya xalqlarının qida mədəniyyəti və ənənələrini öyrənmir, həm də onu ümumdünya mədəniyyəti və turizm qaynaqlarının bir hissəsi kimi araşdırır. Milli, dini tarixi və təbii coğrafi şərait nəzərə alınmaqla dünya xalqlarının adətənənələrinin və qida mədəniyyətinin formalaşmasının ümumi prinsiplərini öyrənir.
Dərslik bizi Avropa, Amerika, Türkiyə,Yaxın Şərq, Asiya xalqlarının milli mətbəx mədəniyyəti və qidalanma xüsusiyyətləri ilə tanış edir.
Xatirə Həsənova "Dünya xalqlarının qida mədəniyyəti, adət və ənənələri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz