İqbal Əmənullayev "Tibb bacısının ümumcərrahi vərdişləri" PDF
-
Dil:
- Janr: Tibb | Dərslik | Dərs Vəsaiti
- Baxılıb: 155
- Yükləndi:
- Yükləyən:
Azərbaycan dilində ilk dəfə yazılmış hazırki dərs vəsaiti Tibb kolleclərində tədris olunan “Cərrahi xəstəliklər otolarinqologiyanın əsasları ilə” fənninin proqramına uyğun şəkildə tərtib edilmişdir. Vəsaitdə praktiki olaraq cərrahiyyənin öyrənilməsi prosesində hər bir tələbənin mənimsəməli olduğu əsas cərrahi manipulyasiyalara göstəriş, əks gösrəriş və onların yerinə yetirilmə texnikasının ardıcıllığı alqoritmlər şəklində təqdim edilmişdir.
Vəsaitdə ən çox rast gəlinən müxtəlif patoloji vəziyyətlərdə lazım olan təxirəsalınmaz tibbi yardımın yerinə yetirilməsində, eləcədə, cərrahi xəstələrə qulluğun göstərilməsində, mürəkkəb müalicə prosesinin daimi iştirakçısı olan cərrahi profilli tibb bacısının rolu nəzərə çarpacaq dərəcədə qeyd edilmiş və peşə vərdişləri toplanmışdır.
Dərs vəsaiti tibb kolleclərinin tələbələri və təkmilləşdirmə kurslarının dinləyiciləri üçün nəzərdə tutulsa da ondan həmçinin cərrahiyyə şöbələrinin orta tibb personalı, klinik təcrübə rəhbərləri, cərrahiyyə fənnini tədris edən müəllimlər də istifadə edə biləcəklər.
Vəsait sadə və anlaşıqlı dildə yazılmış, çoxlu şəkil, cədvəl, sxem və illüstrasiyalarla zənginləşdirilmişdir.
Şərhlər 0
Şərh Yaz