Azərbaycancaaz
Mir.az » Dərslik » Şirzadov Fərhad "Tribologiyanın əsasları" PDF

Şirzadov Fərhad "Tribologiyanın əsasları" PDF

Şirzadov Fərhad "Tribologiyanın əsasları" PDF
  • Reytinq: 2
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Dərs vəsaiti 050630 – “Mexanika mühəndisliyi” ixtisası (proqramı) üzrə bakalavr hazırlığı üçün nəzərdə tutulmuş, “Tribologiyanin əsaslari” fənninin tədris proqramına müvafiq olaraq yazılmışdır. Dərs vəsaitində tribotexniki sistemlər, bu sistemlərdə baş verən sürtünmə, yeyilmə və yağlama prosesləri, proseslərin tədqiqi metodikası və texnikası, tribotexniki materiallar haqda məlumat verilmişdir. Kitabda müasir nəzəri və təcrübi biliklərin tədrisi nəzərdə tutulmuşdur ki, bu da texniki elmlər sahəsində təhsil alan və işləyən oxucular üçün tövsiyyə oluna bilər.
Dərs vəsaiti Bakı Mühəndislik Universitinein “Mexanika Mühəndisliyi” kafedrasında hazırlanmışdır.

Tribologiya texniki elmlərin müxtəlif sahələrini birgə öyrənir və texnikanın bir çox sahələri üçün böyük əhəmiyyətə malikdir. Tribalogiya anlayışına girişlə, fizika, kimya, materialşünaslıq və mühəndis elmlərini birgə nəzərə alaraq, sürtünmə və yeyilmə problemlərinin yekun işləmələri üçün çərçivə yaradılır. Tribologiyanın xalq təsərrüfatı üçün geniş əhəmiyyəti, triboloji biliklərin tətbiqi ilə, qənaətin mümkünlüyü bir neçə yüzilliklər ərzində müxtəlif sənaye ölkələrində araşdırılmışdır.

Müasir dövrdə tribologiya elmini və onun praktiki tətbiq sahəsi olan tribotexnikanı hər bir mühəndisin bilməsi mütləqdir. Bu biliklərə yiyələnmiş mühəndis, tətbiq olunacaq tribocütlərin düzgün hesablanması və tətbiqi, sürtünmə cütləri üçün düzgün material seçilməsinə, konstruksiyanın optimal iş şəraitinin müəyyənləşməsinə, səmərəli istehsal texnologiyasının axtarılmasına, triboloji materialların işlənməsinə və möhkəmləndirilməsinə (ətraf, əsas və aralıq maddələrin), səmərəli istismar şəraitinin təminatına, təmir və xidmət əməliyyatlarının keyfiyyətinin yüksəldilməsinə nail olacaqdır.
Şirzadov Fərhad "Tribologiyanın əsasları" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar