Azərbaycancaaz
Mir.az » Dərslik » Hüseynova Lalə "Türk xalqlarının musiqisi" PDF

Hüseynova Lalə "Türk xalqlarının musiqisi" PDF

Hüseynova Lalə "Türk xalqlarının musiqisi" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Dərs vəsaitində bir sıra türk xalqlarının ənənəvi musiqi mədəniyyəti - xalq yaradıcılığı və şifahi ənənəli peşəkar musiqi janrları, habelə milli çalğı alətləri barədə bilgilər əksini tapmışdır. Vəsait ali musiqi məktəblərində tədris olunan “Türk xalqlarının musiqisi ’’fənni üçün nəzərdə tutulub.

Təqdim olunan dərs vəsaiti müəllifin “Türk xalqlarının musiqisi” fənni üzrə hazırladığı mühazirələri əsasında ərsəyə gəlib. Burada həm böyük türk etnoslarının, həm də azsaylı türk xalqlarının etnik musiqi mədəniyyəti haqqında məlumatlar ayrıca mövzular şəklində əksini tapıb.

Öncə türklərin tarix səhnəsinə gəlişi və oynadığı rola nəzər salınmış, türkologiyanın və ardınca musiqi türkologiyasının bir elm sahəsi kimi yaranması və istiqamətləri haqda bilgilər verilrnişdir. Daha sonra ilk növbədə Mərkəzi Asiyada yaşayan türk xaqları -qırğız, qazax, türkmən, özbək və uyğurların ənənəvi musiqisinin müxtəlif janr və formaları, üslub xüsusiyyətləri, çalğı alətləri barədə məlumatlar əksini tapmışdır.

Ön Asiya türkləri dərs vəsaitində əhalisinin sayına görə dünyanın ən böyük türk dövləti olan Türkiyə (Anadolu) türklərinin musiqi mədəniyyəti ilə təmsil olunmuşdur. Şərqi Avropada yaşayan türk xalqlarına isə Rusiya Federasiyasının tərkibinə daxil olan tatar və başqordlar, habelə azsaylı türk xalqlarından olan və keşməkeşli tale yaşayan qaqauzlar və əsasən Ukraynanın Krım vilayətində məskunlaşmış karaimlər aid edilmiş və onların ənənəvi musiqisi də vəsaitdə müvafiq yer almışdır. Nəhayət, Cənubi Sibirdə yaşayan altay, tıva, saxa və xakasların milli musiqi ənənələrinə müxtəsər şəkildə nəzər salınmışdır.

Son mövzularda isə türk xaqlarının musiqisində bir sıra müştərəklik və fərqlilik amilləri (məqam məsələləri, terminoloji paralellər, ortaq musiqi alətləri) nəzərdən keçirilib.

Xüsusi qeyd etmək lazımdır ki, xalqımızın da aid olduğu geniş türk dünyasının musiqi mədəniyyəti ( o cümlədən Şərq xalqlarının musiqisi) yalnız musiqi tədrisinin ali pilləsində və ancaq musiqişünas-tələbələrə tədris olunur. Halbuki yaxşı məlumdur ki, Avropa xalqlarının musiqi ədəbiyyatı və tarixi bütün ixtisasların tədris planında və təhsilin bütün pillələrində yer almaqdadır.


Hüseynova Lalə "Türk xalqlarının musiqisi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz