Azərbaycancaaz
Mir.az » Dərslik » Azərbaycan dili fənni 11-ci sinif dərslik - PDF

Azərbaycan dili fənni 11-ci sinif dərslik - PDF

Azərbaycan dili fənni 11-ci sinif dərslik - PDF
  • Reytinq: 12
  • Şərhlər: 0
Populyarlıq 58% 58%


Əziz şagirdlər!
Dil hər bir millətin varlığını müəyyən edən əsas atributlardan biridir. Hər bir şagird milli ədəbi dilin bütün qanun-qaydalarını bilməli, normalarına riayət etməlidir. Siz V-X siniflərdə dilimizin fonetik sistemi, leksik tərkibi, qrammatik quruluşu haqqında müəyyən biliklərə yiyələnmişsiniz. Unutmayın ki, bu biliklər düzgün şəkildə tətbiq edilməsə, ünsiyyət və fikrin ifadəsi lazımi səviyyədə olmayacaq.
Dilimiz zəngin imkanlara malikdir. Siz bu imkanlara yiyələnməli və ondan fikirlərinizi dəqiq ifadə etmək bacarığına sahib olmalısınız. Ona görə də dilin praktik məsələlərinə xüsusi diqqət yetirmək lazımdır. Düzgün danışıq hələ fikrin daha dəqiq ifadə edilməsi deyil; bunun üçün həm də yerinə görə daha uyğun dil vasitəsini tapmaq, mövzu ilə bağlı daha uğurlu cümlə quruluşundan istifadə etmək lazımdır. Bu baxımdan nitq mədəniyyəti və üslubiyyata dair biliklərə sahib olmaq lazımdır.
Dil cəmiyyətin müxtəlif sosial-ictimai təbəqələrinə xidmət edir. Hər bir insanın dil vasitələrindən istifadə zamanı məqsəd və tələbləri, imkanları eyni deyil. Müxtəlif ixtisas sahibləri peşə tələblərindən asılı olaraq, dil vasitələrindən fərqli şəkildə istifadə edirlər. Bu, dilin üslubi imkanlarını bilməklə daha dəqiq həyata keçirilir. Ona görə də siz şagirdlər gələ­cək həyatın müxtəlif sahələrində çalışan mütəxəssislər kimi ədəbi dilin üslubi imkanlarını öyrənməlisiniz.
Bu yolda sizə uğurlar diləyirik!
Azərbaycan dili fənni 11-ci sinif dərslik - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar