Azərbaycancaaz
Mir.az » Dərslik » Biologiya VII-XI sinif şagirdləri üçün vəsaiti - PDF

Biologiya VII-XI sinif şagirdləri üçün vəsaiti - PDF

Biologiya VII-XI sinif şagirdləri üçün vəsaiti - PDF
  • Janr: dəes
  • Baxılıb: 876
  • Yükləndi:
  • Yükləyən: Admin
  • Reytinq: 23
  • Şərhlər: 4
Populyarlıq 83% 83%


Ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac olduğu dövrdə təhsilalanların keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, ümumi təhsil üzrə dərsliklərin və dərs vəsaitlərinin elmi və metodiki baxımdan təkmilləşdirilməsinə tələbatı artırır.
Təhsilalanm savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılı olduğu qədər müasir tələblərə cavab verən tədris ədəbiyyatların mövcudluğu, eləcə də tədris materiallarının məzmunu və səmərəliliyi ilə də sıx bağlıdır.
Son illərdə Respublikamızda təhsilalanların hərtərəfli inkişafı, o cümlədən istedadlı şagirdlərin aşkar edilməsi, onların bilik və bacarıqlarının artırılması, verilən sual və tapşırıqlara fərqli yanaşma qabiliyyətlərinin formalaşması istiqamətində fənn olimpiadaları mühüm yer tutur.
Biologiya fənnindən olimpiada məşğələlərinin yüksək səviyyədə təşkili üçün Azərbaycan dilində lazım olan tədris vəsaitlərinin kifayət qədər olmaması və ya mövcud ədəbiyyatların köhnəlməsi təqdim olunan vəsaitin yazılmasınm əsas səbəblərindəndir.
Beynəlxalq Biologiya Olimpiadası sillabusu əsasında yazılmış vəsait VII-XI siniflərdə olimpiadaya ilkin hazırlıq məqsədi ilə tərtib olunmuş və geniş biologiyasevərlər auditoriyası üçün nəzərdə tutulmuşdur. Lakin ondan bu fənn tədris edilən istər dövlət, istərsə də özəl təhsil müəssisələrinin şagird və tələbələri, müəllimləri də istifadə edə bilər.
Bu vəsaitdən istifadə edənlərə mövzuların nəzəri hissələri ilə yanaşı hər paraqrafın sonunda müxtəlif çalışma tipli tapşırıqlar və suallar da təqdim olunmuşdur.
Biologiya VII-XI sinif şagirdləri üçün vəsaiti - PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. NÜRƏDDİN
    NÜRƏDDİN
    Qonaq
    Saytın imkanlarından istifadə çox köməyimizə çatır. Təşəkkürlər.
  2. Seylan Həşimli
    Seylan Həşimli
    Oxucu

    Salam Kitablar niyə yüklənmir?

    1. Ulker7_S
      Ulker7_S
      Oxucu

      Qeydiyyatdan keçin. Sonra istədiyiniz bütün kitabları yükləyə bilərsiniz.


  3. Mehriban 2009
    Mehriban 2009
    Oxucu

    Təşəkkürlər 💗

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar