Azərbaycancaaz
Mir.az » Kitablar » İsmayıl Şıxlı "Dəli Kür" PDF

İsmayıl Şıxlı "Dəli Kür" PDF

İsmayıl Şıxlı "Dəli Kür" PDF
  • Reytinq: 24
  • Şərhlər: 2
Populyarlıq 92% 92%


Diqqət Çəkənlər

Dəli Kür - böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir.

Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələri təsvir edilir və milli tarixi roman janrı nümunələrindən sayılır. Bununla belə, ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı əsəri qələmə almağa 1957-ci ildə, ilk romanı olan "Ayrılan yollar" əsərinin nəşr olunmasının ardından başlamış və onu 1966-cı ildə tamamlamışdır.

Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.
İsmayıl Şıxlı "Dəli Kür" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 2

Şərh Yaz
  1. Emin Sariyev
    Emin Sariyev
    Oxucu
    duzgun yazilmayib sozler
  2. Qonaq Həsən
    Qonaq Həsən
    Qonaq
    Ismayıl Şıxlı Dəli kur romanı

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar