Azərbaycancaaz
Mir.az » Kitablar » Michael Ende "Bitməyən Hekayə" PDF

Michael Ende "Bitməyən Hekayə" PDF

Michael Ende "Bitməyən Hekayə" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 80% 80%


Diqqət Çəkənlər

"Elə insanlar var ki, heç vaxt Fantaziyaya gedə bilməzlər," dedi Cənab Koreander. "Elə insanlar da var ki, gedə bilərlər, amma orada əbədi qalırlar. Sonra bir də Fantaziyaya gedib geri dönənlər var. Sənin kimi. Məhz bunlar hər iki dünyanı da xoşbəxtliyə qovuşdururlar."

NƏ İSTƏYİRSƏNSƏ ONU ET, yazılmışdı sonsuz gücə malik İmparatriçanın simvolunda. Lakin Bastian, bu cümlənin həqiqətən nə ifadə etdiyini, uzun və əziyyətli axtarış nəticəsində öyrənəcəkdir.

Bastian qəribə görünüşlü bir kitab sayəsində özünü gözəl, lakin təhlükənin pəncəsindəki Fantaziya diyarında tapır. Bu sehrli ölkəni Uşaq İmparatriçasına yeni bir ad verərək yalnız bir "insan" xilas edə bilər. Ancaq saraya gedən yol əjdahalar, nəhənglər, canavarlar və bir çox sehrli məxluqun yaşadığı yerlərdən keçir.

Bastian macəraya atılır atılmasına... lakin geri dönüş yolunu tapmaq o qədər də asan deyil. Fantaziyanın dərinliklərinə girdikçə, təsvir edilə bilməyəcək qədər pis məxluqlarla və öz qəlbinin sirləri ilə üzləşmək üçün cəsarət tapması lazım olacaq.

"Sehrli dünyaya dalıverirsiniz... Dinamik, yenilikçi və həssas." - The Washington Post

Michael Ende "Bitməyən Hekayə" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz