Azərbaycancaaz
Mir.az » Kitablar » Karen Armstronq "Tanrının Tarixi" PDF

Karen Armstronq "Tanrının Tarixi" PDF

Karen Armstronq "Tanrının Tarixi" PDF
  • Reytinq: 44
  • Şərhlər: 7
Populyarlıq 86% 86%


Diqqət Çəkənlər

Karen Armstronqun çox böyük zəhmət bahasına başa gəlmiş bu kitabı, Tanrının və dinlərin 4000 ildə, insanlar üzərindəki dəyişikliyinin hekayəsini çatdırır. Kitab, ilkin dövr Tanrılarından başlayaraq, hər cür inancla bağlı Allah məfhumunu əhatə edir. Bunu edərkən isə, bütün müqəddəs mətnlərdəki, mifoloji kitablardakı ifadələrdən, fərqli dini məlumatların, elm adamlarının, filosofların hətta və hətta saxta peyğəmbər və təriqət başçılarının yazılarından, müvafiq bölmələr təqdim edərək, insan ruhundakı Tanrı həqiqətinin 4000 il ərzində neçə mərhələdən keçdiyini bizə olduqca obyektiv bir şəkildə göstərir. Şübhəsiz, eyni zamanda din mövzusunun hansı mərhələlərdən keçərək indiki şəklə gəldiyini də ətraflı izah edir.
Yuxarıda qeyd olunduğu kimi, zəngin mənbələrdən istifa­də olunması, istinad və izahlar, kitabın oxunmasını çətin­ləşdirə bilər. “Tanrının tarixi”, hər hansı bir roman kimi sürətli şəkildə oxunacaq axıcı bir kitab deyil. Səbrlə və düşünərək, insanın məlumatları həzm edə-edə sahiblənəcəyi bir əsərə xas xüsusiyyətlərə sahibdir.
Kitabın çatdırmaq istədiyi məlumatlara yetişməyimiz üçün yüzlərlə mənbədən xəbərdar olmağımız tələb edilə bilərdi. Buyurun, klassik fəlsəfə və orta əsr mistizmindən İslahat, Aydınlanma, müasir skeptizm dövrünə qədər olan mərhələni təsvir edən Armstronq, təkallahlı dinin tarixini ardıcıllıqla nəzərdən keçirir, yəhudilik, xristianlıq və islam ənənəsini mərhələ-mərhələ araşdırır, hər üç müqəddəs kitabdan sitatlar gətirərək, topladığı bütün məlumat və araşdırmaları əlinizdə tutduğun kitabda cəmləşdirib təqdim edir.
Karen Armstronq "Tanrının Tarixi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 7

Şərh Yaz
  1. Qonaq Vəfa
    Qonaq Vəfa
    Qonaq
    Möhtəşəm!
  2. Qonaq İlham
    Qonaq İlham
    Qonaq
    Təsəkurlər maraqli kitablar paylasdiginiz ucun
  3. Seide Novruzova
    Seide Novruzova
    Premium

    Zəhmət olmasa Azərbaycan dilində olan versiyanıda paylaşardınız


    1. Admin
      Admin
      Bilgin

      Əlavə edildi.

      --------------------
      İnstagram
  4. Sürəyya Məmmədova
    Sürəyya Məmmədova
    Oxucu

    Kitabları yükləmək olmur...

  5. Qonaq Vugar
    Qonaq Vugar
    Qonaq

    Yuklenmir(

  6. Theseus
    Theseus
    Oxucu

    Pdf açılmır🤬

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar