Azərbaycancaaz
Mir.az » Kitablar » Frensis Börnet "Sirli Bağ" PDF

Frensis Börnet "Sirli Bağ" PDF

Frensis Börnet "Sirli Bağ" PDF
  • Reytinq: 62
  • Şərhlər: 5
Populyarlıq 87% 87%


Diqqət Çəkənlər
20-ci əsrin əvvəlləri, İngiltərə tabeçiliyindəki Hindistan. Övladlarına maddi korluq yaşatmayan, ancaq mənəvi kasıblığa məhkum qoyan, soyuq, vecsiz valideynlər. Şıltaq, kobud, özündənrazı böyüdülmüş on yaşlı qızcığaz.

?Bir vəba epidemiyası bütün ev əhlini ölümə sürükləyir. Yetim qalmış Mary ordan oraya sovrularaq nəhayət İngiltərədə tanımadığı bir qohumunun himayəsinə verilir. Gərək xarakteri, gərək yaşadığı travmalar, gərəksə bu zəngin ancaq boz, darıxdırıcı evin aurası, qızcığaz çox adamayovuşmaz, hövsələsiz, kobud davranır. Yeni qohumlarının da çox mehriban, şən insanlar olduğunu demək olmaz.

?Belə gözləmirdiniz, elə deyil ? 18-19-cu əsrlərin klassik "qaraqabaq xala / dayı və şən, həyatdolu yetim uşaq" hekayələrindən olduqca uzaq, bəlkə də, buna görə daha gözəl, daha dəyərli olan bir hekayədir bu. Gülməyi bilməyən Mary və onun qədər sevgisiz böyüdülmüş həmyaşıdı Marthanın kəşf etdikləri "Sirli Bağ" sayəsində yenidən uşaq olmağı öyrəndikləri bir hekayə. Ailələrdəki uşaq istismarı problemindən müstəmləkə rejimi tənqidinə qədər hər mövzuya ehmalca toxunan bir əsər. Mütaliəsi ilə bütün oxucuları düşündürəcək, hər qəlbi isidəcək.

?Əsərin bir neçə müxtəlif ekran adaptasiyaları mövcuddur. Sonuncu versiya 2020-ci ildə yayımlanmış The Secret Garden 'dir. Daha uğurlu sayılan versiya isə "The Secret Garden (1993)" sayılır. Seçim sizindir, xoş izləmələr?

?Qeyd : Əslində əsər yazıldığı dövrdə (1911-ci il) yetkin insanlar üçün nəzərdə tutulub. Ancaq zaman keçdikcə Sirli Bağ yeddidən yetmişə hər yaş, hər düşüncə və həyat tərzinə sahib qonağı üçün ev sahibliyi etməyə başlayıb. Əgər bu zərif dünya ilə hələ də tanış deyilsinizsə, növbə sizindir.
Frensis Börnet "Sirli Bağ" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 5

Şərh Yaz
  1. - bibliophile -
    - bibliophile -
    İdarəçi
    Maraqlı gəldi. İlk gördüyüm an kitab diqqətimi çəkmişdi. Nəsə üz qabığı maraqlı gələn kitabların elə mövzularıda maraqlı gəlir.
    Həm tarixi, həmdə əyləncə dolu mövzusu var anladığım qədəri ilə.
  2. Qonaq Nuray
    Qonaq Nuray
    Qonaq
    Oxuya bilim
  3. Samier
    Samier
    Oxucu
    Yüklədim amma kitab açılmadı bunun səbəbi nədir?

  4. Qonaq Rövşanə
    Qonaq Rövşanə
    Qonaq
    Məncə çox maraqlı və sirli bir kitabdır. Bu kitabı oxumağı hər kəsə məsləhət görürəm.Məncə bu kitab çox maraqlı və sirlidir. Mən hər kəsə bu kitabı oxumağı məsləhət görürəm
  5. Lucia1
    Lucia1
    Şərhçi
    Bu kitabı məktəb kitabxanasında oxumuşdum həqiqətdə üzü daha parlaq və cəlbedici görsənir
    --------------------
    ☆Lucia☆

Şərh Yaz