Azərbaycancaaz
Mir.az » Kitablar » Jo Nesbo "Qisas İlahəsi" PDF

Jo Nesbo "Qisas İlahəsi" PDF

Jo Nesbo "Qisas İlahəsi" PDF
  • Reytinq: 5
  • Şərhlər: 2
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bank kassirini güllələyən adam CCTV-də (nəzarət videomüşahidə sistemi) qeydə alınıb. Harri istintaqa başlayır, lakin köhnə tanışı olan qızla axşam yeməyindən sonra, ən azı son 12 saatı xatırlaya bilməyəcək vəziyyətdə yuxudan oyanır. Sonra qız yatağında ölü ölü olaraq tapılır. Harri hədələyici e-maillər almağa başlayır: doğrudanmı kimsə onu qızın ölümü ilə hədələməyə çalışır?

Jo Nesbo – norveçli yazıçı, musiqiçi, keçmiş iqtisadçı və müxbir. Əsərləri 40-dan çox dilə tərcümə edilmiş, 30 milyon nüsxə satılmışdır. Jo Nesbo ən çox inspektor Harri Hole haqqında olan cinayət romanı seriyasına və Di Derre rok qrupunun mahnı yazarı kimi tanınır. 2007-ci ildə Doktor Proktor haqqında uşaq kitabları yazmışdır. 2011-ci ildə "Kəllə ovçuları" romanı, 2017-ci ildə isə "Qar adam" romanı əsasında eyniadlı film çəkilmişdir. Nesbo 1997-ci ildə ilk romanı olan Yarasa kitabını çap elətdirir və Harri Hole haqqında yazılan romanlar seriyasının başlanğıcını qoyur. Bu əsəri yazmağa onu uzun müddət Avstraliyada yaşadığı müddət ərzində təsirləndiyi hadisələr ilhamlandırır. Bu əsər çap olunduqdan sonra sensasiya yaradır və tənqidçilər tərəfindən "ani bestseller" adlandırılır. Bu əsərə görə yazıçı "Şüşə açar" mükafatına layiq görülür. Harri Hole seriyası əvvəllər kriminal polis əməkdaşı olan, sonradan isə Milli Cinayətkarlığa Qarşı Mübarizə Xidmətinə (KRİPOS) keçən Harri Holenin fəaliyyətindən bəhs edir. Yazar özü açıqlayır ki, Harri adını uşaqlıqda futbol oynayanda tanıdığı bir futbolçunun adından, Holeni isə uşaq vaxtı nənəsinin onu qorxutduğu polisin adından götürüb.
Jo Nesbo "Qisas İlahəsi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 2

Şərh Yaz
  1. Leyla Mustafayeva
    Leyla Mustafayeva
    Oxucu
    İnşallah yaxşı olar
  2. Şahrum
    Şahrum
    Oxucu

    Kitabları niyə yükləmək olmur

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar