Azərbaycancaaz
Mir.az » Kitablar » Osamu Dazai "İnsanlığımı itirərkən" PDF

Osamu Dazai "İnsanlığımı itirərkən" PDF

Osamu Dazai "İnsanlığımı itirərkən" PDF
  • Reytinq: 186
  • Şərhlər: 4
Populyarlıq 59% 59%


Diqqət Çəkənlər
Yaponiyada və bütün dünyada ən çox oxunan şərq yazıçılarından biri, əsərləri ilə ölümə meydan oxuyan, şəxsi həyatında isə sanki ölümə ən qısa müddətdə varmaq üçün səy göstərən ədib - Osamu Dazai.

"İnsanın yaşamaq hüququ olduğu qədər, ölmək hüququ da olmalıdır."

(əsl adı : Şuuci Tsuşima) . Ailənin 12 uşağından səkkizincisi, evdəki 30 fərddən biri. Qələbəlik bir mühit, yaxşı maddi imkan və nəsil nüfuzu. Ancaq yetərsiz ailə sevgisi və tənha keçən uşaqlıq. Şuuci - Dazai qəlbindəki tufanların intiqamını uşaqkən "öz yelbeyinliyi" ilə çıxarırdı. Hörmətli, ciddi bir ailənin şıltaq, avara, hər zaman, hər yerdə deyib gülən uşağı olmaqla.

"Ressha" adlı qısa hekayəsini yayımlayır. "Akutagawa" mükafatına namizəd göstərilir. Ancaq alkoqol aludəçiliyi və vərəm xəstəliyi ilə boğuşur. Bədənində yaranan iri iltihablanma üçün müalicə alır, lakin istifadə etdiyi dərmanlar yenə aludəçilik yaradır. Bu bağlılıqdan qurtulmaq üçün xəstəxanaya yerləşir, həmin dönəmdə isə sevdiyi insan ona xəyanət edir və yollarını birdəfəlik ayırırlar.

"Üz tuturam Tanrıya : Müqavimət göstərməmək günahdır ?"

"Goodbye" kitabını yazmağa başlayır, ancaq bu əsər heç vaxt tamamlanmır. Yazıçı həmin ilin iyununda partnyoru Tomie Yamazaki ilə birgə evlərinin yaxınlığındakı Tamagawa kanalına tullanaraq intihar edir. Həyatı boyu 4 uğursuz intihar cəhdindən sonra bu dəfə arzusu gerçəkləşir. Ölür. Cəsədi 6 gün sonra, 39-cu doğum günündə - 19 iyunda tapılır.

“J’ai l’extase et j’ai la terreur d’être choisi." / "Seçilmiş olmaqdan böyük həyəcan və qorxu duyuram."

(Verlaine, 1880. Dazainin ən çox sevdiyi misralar. 1965-ci ildə, Ashino parkında adına ucaldılan abidəyə həkk edilmişdir.)

Yazıçı ən məhsuldar dövrlərində - 1948-ci ildə "Ningen Şikkaku" - "İnsanlığımı İtirəndə" əsərini tamamlayır. Yarı avtobioqrafiya olan bu kitab, yazıçının həyatından və düşüncə dünyasından müxtəlif fraqmentləri əks etdirir. İnsanların hədsiz dərəcədə hesab-kitabla yaşamasına kədərlənən, onları məmnun etmə cəhdindən çoxdan azad olmuş bir adamın, hərkəsdən qaçan, qaçdıqca istəklərini və həvəslərini, öz yolunu da itirən insanın həyat hekayəsi. Dili həm sadə, həm də ağır olan kitab. Bir ədibin - bir insanın intiharından öncə bütün oxucularına bəxş etdiyi son kəlmələr.

"Doğulduğum üçün məni əfv edin."
__________________________________
Əsərin müxtəlif ekran adaptasiyaları mövcuddur : 2009-cu ildə, yazıçının 100-cü doğum günü münasibəti ilə rejissor Genjiro Arato tərəfindən eyniadlı film çəkilmişdir. Eyni ildə "Aoi Bungaku" anime seriyası (seriya Murakami əsərləri də daxil olmaqla, bir neçə məşhur qısa Yapon hekayəsini bu şəkildə ekranlaşdırmışdır) nəzdində hekayənin 4 hissəli anime adaptasiyası da Madhouse studiyası tərəfindən təqdim edilmişdir.

"Bungo Stray Dogs" , "Sayonara, Zetsubou-Sensei" kimi manqa - anime seriyaları özündə bu və ya digər dərəcədə "No Longer Human"dan, onun əsas personajından izlər daşıyır. Son olaraq, 2019-cu ildə əsərin eyniadlı 3D elmi - fantastik film versiyası təqdim edilmişdir.
Osamu Dazai "İnsanlığımı itirərkən" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Aura Ougai
    Aura Ougai
    Oxucu
    Salam nolar Ki Ougai Mori'nin ve başqa yapon yazıçılarının eserlerini paylaşasınız
  2. Ceylan Hazinedar
    Ceylan Hazinedar
    Şərhçi

    bakalım beğenecek miyim?

  3. Ceylan Hazinedar_2
    Ceylan Hazinedar_2
    Qonaq

    çok güzel bir kitap


  4. Hazan Egemen
    Hazan Egemen
    Oxucu

    Site indirmede hata yapıyor. 

Şərh Yaz