Ailə həkimi Marc Schlosser cəmiyyətdə hörmət edilən, sayılıb-seçilən insanlardandır. Daimi pasiyentləri arasında bir çox məşhur şəxs var. Onlardan biri də aktyor Ralph Meier'dir. Bir gün Ralph narahatedici ölçüdəki şişkinliyə görə həkiminə müraciət edir. Dr. Marc onu sakitləşdirir, kütlədən bir nümunəni biopsiyaya göndərir və dostunu evə yollayır.
Qısa müddət sonra məşhur aktyor Ralph Meier ölür.
Öncə səssiz, sonra səsli şəkildə dilə gətirilən sual : Həkim, həqiqətən, biopsiya üçün nümunə göndərmişdimi ? Nəticələr, həqiqətən, təmiz, problemsiz çıxmışdımı ?
📌 Bu şübhələrlə yola çıxdığımız hekayədə həm həkim və pasiyentin münasibətinin qaranlıq tərəflərini, gizli münasibətlərini, həm də bir ailə həkiminin həyatını, xarakteristikasını oxuyuruq, düşünürük, təhlil edirik.
▪︎ "Şam Yeməyi"nin yaradıcısından yenə də özünəxas, axıcı, lakin hamıya xitab etməyəcək üslubda maraqlı bir hekayə.
Xoş oxumalar ! ✨
Şərhlər 1
Şərh Yaz