Azərbaycancaaz
Mir.az » Kitablar » Əlibala Hacızadə "Əfsanəsiz İllər" PDF

Əlibala Hacızadə "Əfsanəsiz İllər" PDF

Əlibala Hacızadə "Əfsanəsiz İllər" PDF
  • Reytinq: 4
  • Şərhlər: 4
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

“Əzab və həsrət çox olanda məhəbbət daha güclü olur,” - fikirləşirdi. Çətinliklə əldə edilən səadət və vüsal şirin olur, çox şirin olur, - düşünürdü.

**Elməddinin Zərrintacla qurmağa çalışdığı heyatdan və eyni zamanda qaynatasının gənc və gözəl Dünya xanımla yaşadığı evlilik həyatından bəhs edən kitab yenə oxucunu heyəcanlandırır. Elməddin Əfsanəni qəlbinin dərinlərinə basdırıb, Zərrintacla evlənir. Lakin evlilik həyatı da onun ürəyindəki yaranı sağaltmır və o getdikcə bu yaranın ağrıları ilə mübarizə aparmaqda çətinlik çəkir. Qaynatasının köməyi ilə şəhər qəzetində şeirləri, məqalələri yenidən nəşr olunur. El məclislərində başda oturur, öz şeirləri ilə hər kəsi feyziyab edir.

Bu kitabın digər qəhrəmanı isə Elməddinin qaynatası, yol göstərəni, atalıq sevgisini ondan əsirgəməyən Nəcməddin kişidir. Zərrintaç anasının ölümündən sonra atasına evə qadın gətirməyi qadağan etsə də, Nəcməddin getdiyi hərəmxanada Dünya adlı gənc bir qıza aşıq olur və ona ayrı ev, şərait quraraq, onunla yaşamağa başlayır. Dünya da onun bir dediyini iki etmir. Əl üstündə saxlayır. Ta ki, bir gün Zərrintaç inadını qırıb, atasına Dünya xanımı evinə getirməyə icazə verənə qədər. Nəcməddindən başqa adam və çöl üzü görməyən Dünya xanım bu evdə başqa macəralar axtarışına çıxır və bu macəraların sonu onun həyatı bahasına başa gəlir.

Sonda Elməddin uğursuz evlilik heyatını bitirərək, yenə Əfsanəni bir gün tapacağı ümidiylə yollara düşür.

Kitabı oxuyarkən gənc qızların babaları yaşında insanla yaşadığı evlilik həyatını, ürəyində başqa biri ola-ola, sevmədiyi qadınla evliliyin gətirdiyi bədbəxtliyi düşündüm. İnsan sevginin boşluğuna düşdü mü… oradan çıxmaq istədikcə batır…

Qadın incə, zərif məxluqdur, onlarda hiss, ürək, ağıldan üstün olur çox vaxt! Şirin sözə, yağlı vədə tez aldanır qadın. Güclü məhəbbət qarşısında isə, bütün varlığı dəmirdən yoğrulmuş, sərt, daş ürəkli qadın belə gün altına qoyulmuş buz kimi əriyir.**
Əlibala Hacızadə "Əfsanəsiz İllər" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 4

Şərh Yaz
  1. Namiq Qurbanzade
    Namiq Qurbanzade
    Şərhçi
    Kiril dilində oxumuşam çox maraqlı əsərdir👍
  2. Nahid Yaraliyev
    Nahid Yaraliyev
    Oxucu
    Endirə bilmirəm komekkk
    1. Admin
      Admin
      Bilgin

      Endirərkən problem yaşayırsınızsa sayta google chrome ilə giriş edin. O zaman problem olmayacaq.

      --------------------
      İnstagram

  3. Fuad Məmmədli
    Fuad Məmmədli
    Şərhçi
    Maraqli kitabdir. Ve oxumaq isteyenler ucun deyimki bu eserin 2ci kitabidir. 1ci kitab ise "itkin gelin"dir

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar