Azərbaycancaaz
Mir.az » Kitablar » Elnur Nəsirov "Xürrəmi üsyanı və Babək" PDF

Elnur Nəsirov "Xürrəmi üsyanı və Babək" PDF

Elnur Nəsirov "Xürrəmi üsyanı və Babək" PDF
  • Reytinq: 1
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Elmi və ictimai aktuallığını qoruyub son dövrlərdə yenidən gündəmə gəlməsini və İslam tarixindən çox Azərbaycan tarixinin bir parçası olduğunu nəzərə alaraq bu mövzuya kitabda ayrıca və geniş yer vermək məcburiyyəti hiss etdik. Elmi və ictimai çevrələrdə bu mövzuya münasibətin birmənalı olmaması məsələnin geniş və dərin təhlili zərurətini doğurmaqdadır. Qiyamın xronoloji seyrinin təsvirini ən sona saxlayaraq Babəkin kimliyi, şəxsiyyəti, mənşəyi və məqsədi, o cümlədən xürrəmiliyin mahiyyəti kimi məsələlərin araştırılmasına daha çox əhəmiyyət verilməsində fayda olacaqdır. Xürrəmiliyin Babəkə qədər də dini-ideloji bir cərəyan olaraq mövcud olduğunu diqqətə alaraq əvvəla bu haqda danışmaq yerinə düşəcəkdir. Lakin mövzuya giriş babında əvvəla tarix elmi, tarixşünaslıq haqqında söhbət açmağı lazım bildim. Düşünürəm ki, bu tədqiqat üsulumuzu, istifadə etdiyimiz metodologiyanı oxucuya çatdırmaqla birlikdə bu mövzuda yol verilən yanlışlıqları da gün üzünə çıxaracaqdır. Hər bir elmin üsulu, metodologiyası vardır. Bu həmin elm sahəsinin açarıdır, yol xəritəsidir. Üsuluna vaqif olmadan hər hansı bir elm sahəsində irəliləməyə, məsafə qət etməyə çalışmaq üzməyi bilməyənin dəryaya baş vurmağına bənzəyər. Məşğul olmağa çalışdığı elm sahəsinin üsulundan xəbərsiz kəs çox yanlış nəticələr çıxarmaq, səhv qənaətlər hasil etməklə əvvəl özünü, sonra da başqalarını yanılda bilər.

Elnur Nəsirov "Xürrəmi üsyanı və Babək" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar