Azərbaycancaaz
Mir.az » Kitablar » Eşqin Məmmədov "Sonuncu Gül" PDF

Eşqin Məmmədov "Sonuncu Gül" PDF

Eşqin Məmmədov "Sonuncu Gül" PDF
  • Reytinq: 4
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Payız məni darıxdırır, İlahi!
Qəribliyim sanki yenə qalıbdır.
Sevinc addım-addım ötür yanımdan,
Arzularım çiskin-çənə qalıbdır.


Nə zalımmış bu ömrümü düzəldən,
Bir ömür ki, düz çıxmayıb yüz əldən...
Mənim bəxtim belə gəlib əzəldən,
Sabahlarım min dünənə qalıbdır.


Axı necə çıxım, gedim xoş yerə?
Bəsdi ruhum, bəsdir, məndən düş yerə.
Ümidləri xərcləmişəm boş yerə
O ümiddən bircə dənə qalıbdır.


Uzaqlaşdın məndən yenə yüz qarış,
Bu taleyim, vallah, mənə qışdı-qış...
Gah borandı, gah tufandı, gah yağış,
Son ümidim sönə-sönə qalıbdır.

Eşqin Məmmədov "Sonuncu Gül" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. Vəfa Muradova
    Vəfa Muradova
    Şərhçi
    Bunu əlavə etməsəniz daha yaxşı imiş.
    --------------------
    Vəfa Hafiz☘️

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar