Azərbaycancaaz
Mir.az » Kitablar » Murad Muradov "Bal köpüyü" PDF

Murad Muradov "Bal köpüyü" PDF

Murad Muradov "Bal köpüyü" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Bu kitabda Paytataxtan yetərincə uzaq məsafədə yerləşən qəsəbələrin birinə təyinatla həkim kimi işləməyə gələn Leylanın,orda kəndin dəlisi kimi tanınan Əzizlə birgə yaşamış olduqu ürəyləri sızladan,inanılmaz olaylar əksini tapmışdır.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Söz Allahın göydən endirib bizə əmanət etdiyi ən müqəddəs varlıqlardan biridir. Söz həyatdı, söz ölümdü! Söz döyüşdü, söz barışdı! Söz qılıncdı, yaralayar, söz məlhəmdi , şəfa verər! Söz heç nədə hər şeydi, söz yoxda vardı! Göydən enmiş sözün tərifinə yer adamının gücü çatmaz. Zaman‐zaman söz memarlarımız Allahdan əmanət olunmuş sözü göylərə ucaltmış, Tanrı məqamına qaldırmış, yerə enməyə qoymamışlar. Onu ovxarlı, iti saxlamagı bacarmışlar. Ona görə də ən qatı savaşlar sözlə söndürülmüş, qılınc kəsməyəni söz kəsmişdir. Söz hər dövrün, tarixin, xalqın, millətin mənəvi şəklini çəkmiş, zaman üzərindən keçirərək hər birimizin, gələcəyin görə bilməsi üçün daş kitabələr kimi sərgilənmişdir. Sözün Nizamisi, Füzulisi, Homeri, Markesi. Dostoyev‐ skisi, Aytmatovu olan qlobal ədəbi məkanda nə yazasan ki, söz utanmasın, müqəddəsliyinə xələl gəlməsin, urvatdan düşməsin. Bir misra üzü gülsün, anası aglamasın! Bir çox dəyərlərin devalvasiyaya uğradığı, sözün dəyər‐ dən düşdüyü, alanından satanı çox olan söz bazarına hansı sözü və hansı qiyafədə çıxarasan ki,alıcısı olsun, həm də müqəddəsliyinə xələl gəlməsin ?! Bu mənada hal‐hazırki zaman kəsiyində oxuculara, söz alıcılarına söz satmaq olduqca çətin görünə bilər... Lakin həyat davam edir. Ədəbiyyat yaranır, inkişaf edir, şaxələnir. Hər yaradıcı insan öz istedadının sözlə yaradılmış məhsulunu təqdim edir... Həmin Allahdan əmanət edilmiş sözdən yaranmış istedad məhsulundan birini də biz oxuculara gənc və iste‐ dadlı yazarımız Murad Muradov “Bal köpüyü” adlı əsəri ilə təqdim edir. Bir ailənin faciəsi və bu faciə fonunda insan psixologiyasının təlatümləri, həyatın çək‐çevirləri və sevgi hissinin hər şeyin fövqündə dayanaraq xilaskara çevrilməsi lirik və özünəməxsus bir dillə təqdim edilir. Müəllif süjet xəttini qurarkən hadisələrin dramatikliyinə xüsusi diqqət yetirmiş, oxucunu öz ardınca apararaq öz maraq dairəsində və gərginlikdə saxlamaq üçün müxtəlif ədəbi priyomlardan istifadə etmiş və zənnimizcə diqqətəlayiq lirik‐psixoloji bir əsər yaratmağa nail olmuş, qoca sözün üzünü bir anlıq da olsa güldürə bilmişdir. İnanıram ki, gənc nasir Murad Muradovun “Bal köpüyü” geniş oxucu kütləsinin şirin təamına çevriləcək, və onlar üçün faydalı olacaqdır. Müəllifə uğurlu yol arzulayır və onun ədəbiyyatımıza yeni‐yeni yaradıcılıq nümunələri ilə töhfələr verəcəyinə inanıram.
Murad Muradov "Bal köpüyü" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar