Azərbaycancaaz
Mir.az » Kitablar » Mədinə Gülgün "Mən bu ömrü yaşadım" PDF

Mədinə Gülgün "Mən bu ömrü yaşadım" PDF

Mədinə Gülgün "Mən bu ömrü yaşadım" PDF
  • Reytinq: 0
  • Şərhlər: 1
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Mədinə Gülgünün şeirləri haqqında fikir söyləmək üçün ömrü mübarizələr burulğanında keçən bu istedadlı zəka sahibinin həyat və yaradıcılıq dünyasına yaxından bələd olmağa ehtiyac duyulur. Şairənin yaradıcılığı ilə tanış olduqca belə qənaətə gəlirsən ki, onun şeirləri həyat və mübarizə yolunun ayrılmaz bir parçasıdır. Xatırladaq ki, Azərbaycanın xalq şairi Balaş Azəroğlunun ömür-gün yoldaşı olmuş Mədinə xanımın taleyində bu evlilik mühüm rol oynamış, onun yaradıcılıq taleyinə böyük təsir göstərmişdir.
Təəssüf ki, Mədinə Gülgünün həyat və yaradıcılığı kifayət qədər araşdırılmamışdır. Elə buna görədir ki, indiki nəsil onu qədərincə tanımır. Qeyd edək ki, şairənin Bakıda, Təbrizdə, Moskvada otuzdan artıq kitabı nəşr edilmişdir. Onlardan “Təbrizin baharı”, “Savalan ətəklərində”, “Çinar olaydı”, “Omrün payız dayanacağı”, “Firidun”, “Seçilmiş əsəriəri” və başqaları daha çox diqqəti çəkir. Bütün bunlardan əlavə, şairənin Təbrizdə ərəb qrafikası ilə “Yora bilməz yollar məni” və “Mən bu ömrü yaşadım”, Kanadada isə “Təbrizim mənim” adlı kitabları nəşr olunmuşdur. Adı çəkilən kitablarda müəllifin poetik axtarışlarının mühüm qismi toplanmışdır.
Mədinə Gülgün "Mən bu ömrü yaşadım" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 1

Şərh Yaz
  1. M.Firan
    M.Firan
    Oxucu
    Çox gözəl kitabdır tövsiyə edirəm 🫠

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar