Azərbaycancaaz
Mir.az » Kitablar » Emosional Zəka "Daniel Goleman" PDF

Emosional Zəka "Daniel Goleman" PDF

Emosional Zəka "Daniel Goleman" PDF
  • Reytinq: 37
  • Şərhlər: 3
Populyarlıq 76% 76%


Diqqət Çəkənlər

Amerikalı psixoloq, emosional zəka sahəsində məşhur ekspert olan Daniel Goleman, ailə və iş həyatında uğur qazanmağımızda hisslərimizin mühüm rol oynadığını hesab edir. Bəs, “emosional zəka” nədir? Onu ölçmək olarmı? “Adi” zəka “emosional” zəkadan nə ilə fərqlənir? Keşməkeşli həyat yollarında “adi” zəkalı insan “emosional” zəkaya sahib insandan nə üçün geri qalır? Kədərin, qəzəbin, depressiyanın, qorxunun, həyəcanın, stressin, utancaqlığın, bədbinliyin öhdəsindən necə gəlmək və uğur qazanmaq olar? Bu və digər mühüm suallara cavab tapmaq istəyirsinizsə, məşhur psixoloq, emosional zəka nəzəriyyəsinin banilərindən biri Daniel Golemanın qələmindən çıxmış bu kitabı oxuyun. Emosional zəka” kitabı yalnız tələbələr və müəllimlər üçün deyil, valideynlər üçün də faydalıdır.

IQ (intelligence quotient) - İntellekt əmsalı. Hər bir insanın fərdi və cəmiyyətə nisbətən sahib olduğu intellekt səviyyəsinin kəmiyyət göstəricisi.

Bu anlayış çoxlarımıza tanışdır. Məktəb illərində hər zaman İQ rəqəmi barədə testlər aparılıb, bir çox sahələrdə, şirkətlər, qurumlar işə qəbul zamanı İQ səviyyəsini əsas götürüb. Ancaq... Artıq dövr və düşüncə dəyişir. Sadəcə məntiqi zəka kifayət etmir, emosional zəka da həlledici sayılır.

EQ (Emotional intelligence) - Emosional zəka. İnsanın özünün yaxud başqalarının emosiyalarını anlamaq, qabaqcadan görmək, idarə etmək və yönləndirmək qabiliyyətinin, qabiliyyətinin və qabiliyyətinin ölçülməsini müəyyən edir.

Daniel Goleman, məşhur bestsellerində "EQ"nün "İQ"dən daha vacib olduğunu sübut edir, emosional zəkamızı artırmaq, idarə etmək, əzm kimi bir çox məsələdə köməklik göstərir. Hər yaşda insan üçün olduqca öyrədici olan kitab, insan münasibətlərinizi yenidən quracaq.
Emosional Zəka "Daniel Goleman" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 3

Şərh Yaz
  1. Seymur Zekiyev_2
    Seymur Zekiyev_2
    Oxucu
    Çox gözəl kitabdır
  2. Azad Mahmudov_2
    Azad Mahmudov_2
    Oxucu

    Salam aleykum... Bu kitabın azərbaycanca olanındakının yazıları yaxşı görsənməyir... Xahiş edirəm düzəldərdiniz

  3. ayseltalibova88
    ayseltalibova88
    Oxucu

    çox sağ olun  😅 


Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar