Azərbaycancaaz
Mir.az » Kitablar » Xalidə Nuray "Vərəqlərin günahı" PDF

Xalidə Nuray "Vərəqlərin günahı" PDF

Xalidə Nuray "Vərəqlərin günahı" PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Xalidə Nurayın yaradıcılığında haqqın-ədalətin səsi, vətən harayı bədii boyalarla verilir. Yanaşdığı mövzular poeziyasında oxucu qəlbinə rahat yol tapır. İnanırıq ki, bu kitabı da hər bir oxucunun stolüstü kitabı olacaq.

Dünya-vətən-insan… Bu anlayışların fövqündə dayanan düşüncələr… Və bu düşüncələrin obrazlı şəkildə poetik hisslərinə gedən yol… Bu yolu çoxları gedə bilər, amma hər kəs ictimai fikrin təzahüründə mətləb və arzuların poetikləşməsinə nail ola bilməz. Bunun üçün mənəvi aləmin bütövlüyü və dünyəviliyi önəm daşıyır. Şairlər bu önəmin məncə ən gözəl biliciləridir.

Bu mənada düşünürəm ki, istedadlı şair Xalidə Nurayın zəngin poeziyası bu bütövlüyün əks-sədasından yoğrulmuş poetik dəyərin möhtəşəm nümunəsidir. Onun dünyaya baxışında haqqın-ədalətin harayı, həqiqətin nizam-intizamı yer alır.

Müəllif dünyaya gəlişimizi “öz köynəyindən” keçirərək söz dünyasında bir şair kimi gözəl tərənnüm etməklə onu haqqın mizanına çəkir:

Doğruların yalan olub,
Yalanların palan olub,
Haqsıza əl çalan olub,
Dünya, haqdan qaçma belə!
Xalidə Nuray "Vərəqlərin günahı" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz