Azərbaycancaaz
Mir.az » Kitablar » Betül Aslan "Qardaş Köməyi" PDF

Betül Aslan "Qardaş Köməyi" PDF

Betül Aslan "Qardaş Köməyi" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Birinci Dünya Müharibəsi illərində ruslar tərəfindən işğal olunmuş Türkiyə ərazilərində Azərbaycan türklərinin Bakı Müsəlmanları Dərnəyi vasitəsi ilə həyata keçirdikləri yardım işlərinə işğal günlərini yaşayan insanların xatirələrində ara-sıra rast gəlsək də, bu mövzu barəsində hələ də elmi bir çalışma ərsəyə gəlməmişdi.
Azərbaycan ictimaiyyətinin bu məsələ ilə bağlı biliyi kifayət qədər azdır. Yəni Türkiyədə yaşayan türklərin Birinci Dünya Müharibəsi illərində onlara edilən yardımlardan demək olar ki, xəbəri yoxdur, Azərbaycan türkləri isə Anadoludakı qardaşlarına etdikləri yardımlardan xəbərsizdirlər. Xüsusilə Sovet Rusiyasının Azərbaycan xalqının Türkiyəyə olan marağı və yaxınlığını aradan qaldırmaq üçün həyata keçirdiyi siyasət nəticəsində; 70 ildir ki, Azərbaycanda bu məsələlərlə bağlı demək olar ki, heç bir elmi araşdırma aparılmayıb, hətta Bakı Müsəlman Cəmiyyətinin adı belə unudulmağa çalışılıb. Türkiyədə bu mövzularla məşğul olmaq istəyən bəzi tədqiqatçılar kifayət qədər qaynaq əldə edə bilmədiklərindən bu araşdırmadan uzaq durmalı oldular. Bu məsələlərlə bağlı məlumatsızlığı aradan qaldırmaq, Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan səmimi maraq və sevgisini bir daha vurğulamaq, bu işlərdə hər cür maddi və mənəvi yardım göstərən insanları minnətdarlıqla xatırlamaq və onlara təşəkkür etmək üçün borcumuzu ödəmək istədik.
Bu araşdırmada Birinci Dünya Müharibəsi illərində ruslar tərəfindən işğal edilmiş bölgələrdə rus və erməni zülmü nəticəsində çox ağır vəziyyətdə olan Azərbaycan türklərinin türk və müsəlman xalqlarına maddi və mənəvi yardımları, və fəlakətlərə məruz qalan türk və müsəlman xalqlarına münasibətdən danışılır.
Betül Aslan "Qardaş Köməyi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar