Azərbaycancaaz
Mir.az » Kitablar » Min Jin Lee "Paçinko" PDF

Min Jin Lee "Paçinko" PDF

Min Jin Lee "Paçinko" PDF
  • Reytinq: 17
  • Şərhlər: 0
Populyarlıq 71% 71%


Diqqət Çəkənlər

Paçinko Yaponiya istehsalı oyun avtomatıdır. Bu oyun aparatı bir növ Avropadakı Slot (və ya meyvə) maşınının şərq analoqudur və daha çox qumar maşını kimi istifadə edilir. Kitabın adı da immiqrant koreyalılar tərəfindən Yaponiyada açılan Paçinko salonlarına əsaslanır və özünü əsərin ikinci yarısından etibarən göstərir.

📌 1900-cü illərin əvvəli, Koreya. Balıqçı qızı Sunja zəngin, kübar bir insana aşiq olur və bu məhəbbət bir hamiləlik doğurur. Ancaq adamın əslində evli olduğu üzə çıxanda Sunja ikinci qadın olmağı qəti şəkildə rədd edir. Ailəsinin yanında qalaraq da onların üzünü qara çıxartmaq istəmir. Beləcə, dükanlarına gəlmiş gənc din adamının evlilik təklifini qəbul edir, Yaponiyaya köçür.

📌 Bu andan etibarən kitabın əsas hekayəsi başlamış olur : Dünya müharibələrindən çox öncə Yaponiyaya köçmüş koreyalıların həyatı və çətinlikləri, iki, hətta üç nəsil sonra belə məruz qaldıqları ayrı-seçkilik, təklənmə durumu. Qadınlar, fədakarlıqları, toplum içindəki mövqeləri, cinsi münasibətlər, məhəbbət, evlilik, din, müharibələr, koreya və yaponiyalıların bəzən zidd düşən, bəzənsə ortaq mövqeyə gələn mədəniyyətləri, fərqli dövlətlərdəki yaşam standartları və İkinci Dünya müharibəsindən sonra yaranan Avropa meyli və "Amerika röyası".

📌 1910-cu ildən 1989-cu ilədək. Bir nəslin Yaponiyada və həyatda öz yerlərini tapma mübarizəsi və tarixin fərqli dönəmlərində yaşanan problemlər, aktual məsələlər. Şərq mədəniyyətinin həvəskarları üçün nəfis bir hekayə və bu dünyadan uzaq qalanlar üçün bolca yeni məlumat və baxış mövqeyi qazandıracaq bir roman. Yerinizi rahatlayın. Bu kifayət qədər uzun, bəlkə, bir qədər yorucu, ancaq kifayət qədər axıcı, maraqlı bir mütaliə - macəra olacaq.

🔻 2017-ci ildə çap edilmiş və bir çox tənqidçiyə görə öz ilinin ən yaxşı romanı sayılan "Pachinko"nun yazılma prosesi isə nə az, nə çox düz 30 il çəkib. Yazıçı və jurnalist Min Jin Lee, bu illər ərzində müvafiq dönəmləri yaşamış onlarla insanla müsahibələr aparmış, araşdırmalar etmişdir.

🎬 Kitab əsasında Apple TV+ eyniadlı serial çəkmişdir. Premyerası mart, 2022-də baş tutan serial olduqca müsbət rəylər almış, növbəti ay layihənin ikinci sezonu təsdiq edilmişdir.
Min Jin Lee "Paçinko" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar