Yazıçının verdiyi məlumata görə, “Qələm” nəşriyyatında çap olunan roman ironik üslubda qələmə alınıb, roman içində roman, yaxud roman-əfsanə kimi də oxuna bilər.
Əsərdə Azıxla bağlı əfsanə də paralel xətt kimi verilir.
“Vətənpərvər azərbaycanlılara həsr olunur” epiqrafı ilə başlanan əsərin girişində müəllif bunları qeyd edib: “Azıx mağarası barədə roman yazdığımı eşidən ziyalı qardaşlarımızdan biri mənə qəribə söz dedi: “Yəqin, romanda sübut edəcəksən ki, orada tapılmış alt çənə sümüyü azərbaycanlıya məxsusdur…”
Təsəvvür edirsiniz!? Eramızdan 350 min il əvvəl…özü də azərbaycanlı?..”
Elçin Hüseynbəyli "Azıx" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz