İskəndər Etibar "Sevənlərə Məktub" PDF
Bu kitaba “Ön söz” yazdırmaq istədim və ha götür-qoy etdim, kiməsə çox səhixəlik kitabı oxudub nə isə yazmaq əziyyəti verməyə ürəyim yol vermədi...
Oxucu, bu kitabı, yəni ömrümün taleyini sənə tapşırıram. Gəncliyimdən üzü bəri özüm haqda tərif yazdırmaq üçün kimlərinsə qoltuğuna girməmişəm, heç kimə yarınmamışam. Odur ki, haqqımda deyib-danışan olmayıb. İlk kitabım “Səslər” haqda “Azərbaycany” jurnalında bir neçə kəlmə mərhum şair M.Rahim, sonra ötəri də olsa “Sabir poeziya günləri” almanaxında şair R.Rza, qəzetlərdə çıxan şeirlərimdən nümunə kimi ədəbiyyatşünaslardan B.Nəbiyev, A.Axundov söz açıb.
Haqqımda, yəni yaradıcılığımdan söhbət açılmayıb. Mən ancaq yaxşı şeir yazmağa çalışmışam. Bilirəm ki, əgər bu varsa, kiminsə tərifinə ehtiyac yoxdur. Oxucu, xahiş edirəm bu kitabı ürəklə oxu, məsləhət bilsən, ürəkdən gələn sözünü de. Kitabıma tələsik və ürəksiz yanaşmamağını arzu edirəm.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olsam da onun heç bir imtiyazından istixadə etməmişəm və bu təmənnada da olmamışam.
Həmihşə yaşlı, özümdən qabaqkı və sonrakı nəslə ehtiram bəsləmişəm, inanmışam. Onların bəziləri, yəni özümə ən yaxın bildiklərim həmişə gizli və aşkar sinəmdən təpikləyiblər. Onlara qarşı içimdə kin oyansa da heç kimlə üz-üzə durub - niyə elə etdin, belə etdin - deməmişəm. Şeirə, sözə daha çox bağlanmağa, daha yaxşı şeir yazmağa çalışmışam, yəni sakitcə öz işimi görmüşəm. Bilirəm ki, son sözü paxıllıq, iddialar yox, qələm deyəcək. Şeir yazan da, şair də çoxdu. Bu həmişə belə olub (Oxucudan üzr istəyirəm, bunları öyünmək üçün demirəm, örnək üçün deyirəm).
Həyata fikir verin. Bir var palıd, çinar, bir də var söyüd ağacı. Bir də var onların közü. Şairlər də söz ocağında yananlardılar. Söz isə onların közüdü. Bir var palıd şairlərin, bir də var közlənməyi ilə sönməyi bir olan söyüd şairlərin közü.
Heç kimə paxıllıq etməmişəm, əlim yetənlərə qayğı göstərmişəm. Ən çox acığım gələnin də yaxşı şeirindən sevinmişəm, ona zəng edib, ya da görəndə təbrik etmişəm.
Adamlara o qədər inanmışam ki, uzun illər mənə olan paxıllığa, xəbisliyə inanmırdım. İnanmırdım ki, jurnala, qəzetə təqdim etdiyim yaxşı şerə kimsə - pis - deyər. Şeirimi geri qaytaranda düşünürdüm - şeirim o kimsəni təslim etməyibsə, məğlub olubsa, deməli, mən günahkaram. İşləməliyəm. İnananda aşağıdakı şeiri yazmışam.

Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz