Azərbaycancaaz
Mir.az » Kitablar » Ceyms Tiptri, Jr. "Uzaqdan İdarə Olunan Qız"

Ceyms Tiptri, Jr. "Uzaqdan İdarə Olunan Qız"

Ceyms Tiptri, Jr. "Uzaqdan İdarə Olunan Qız"
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Elmi-fantastika Klassikləri – 33

"Bütün dünyanı proqramlaşdırıblar!"

Alice B. Sheldon 1967-ci ildə Ceyms Tiptri Jr. adı ilə elmi-fantastika yazmağa başlayanda heç kim onun əslində qadın olduğunu bilmirdi. Bu fakt ortaya çıxdıqda isə insanlar nə təəccüblərini gizlədə bilmiş, nə də yazıçını təqdir etməkdən özlərini saxlaya bilmişdilər. Başqalıqdan cinsiyyətə, gerçəkliyin aldadıcılığından insanın kainatdakı yerinə qədər bir çox mövzunu özünəməxsus üslubu ilə anlatan onlarla əsərinin ən önəmlilərindən biri olan "Uzaqdan İdarə Olunan Qız"da isə Tiptri yalnız özünün yaza biləcəyi feminist, antikapitalist bir kiberpank hekayəsi ortaya qoyur.

Qurumlar tərəfindən idarə olunan yaxın gələcək. Reklamların qadağan olunduğu bir distopiya. Bu vəziyyətlə başa çıxmaq üçün fərqli metodlar sınayan şirkətlər. Bu mübarizə nəticəsində ortaya çıxan və tək vəzifələri alış-veriş edərkən görüntülənib subliminal reklamların bir parçası olmaq olan populyar mədəniyyət ikonları – yəni gələcəyin tanrıları.

Öz halında bir qız olan və xəstəliyindən dolayı fiziki olaraq həddindən artıq deformasiyaya uğramış, hətta çirkin P. Berk heç gözləmədiyi bir anda həyatının fürsəti ilə qarşılaşır. Əlində artıq bir tanrı olma şansı vardır, özü də insan əlinin yaratdığı ən gözəl canlılardan biri olaraq, Delfi olaraq.

Kilometrlərlə uzaqdan P. Berkin idarə etməsi ilə dünyanı sarsıtmağa başlayan Delfi şöhrət pilləkənlərini sürətlə qalxarkən bu ağıldan məhrum İdarə Olunanın arxasındakı Berk də həyat məqsədini tapmış kimidir. Ta ki bu saxta bədənini həddindən artıq mənimsəyib aşiq olana qədər.

İnsanı insan edən şüurudurmu? Ruh mu bədənə həbsdir, yoxsa bədən mi ruha?

"Uzaqdan İdarə Olunan Qız" xəyalların yenidən bədənlənmə prosesidir.

"Tiptri, yazıda və üslubda 'kişi' ilə 'qadın'ın nə olduğunu müəyyən edən sərhədləri alt-üst etdi." - Ursula K. Le Quin

Ursula K. Le Quinin ön sözü ilə

Ceyms Tiptri, Jr. "Uzaqdan İdarə Olunan Qız"
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz