Azərbaycancaaz
Mir.az » Kitablar » Abdulla Şaiq "Zəhmət Və Zinət" PDF

Abdulla Şaiq "Zəhmət Və Zinət" PDF

Abdulla Şaiq "Zəhmət Və Zinət" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Abdulla Şaiqdir. O, uşaqlar və gənclər üçün bir sıra maraqlı əsərlər yazmış, əsərlərində gözəl əxlaqi fikirlər, tərbiyəvi məsələlər irəli sürmüşdür. Abdulla Şaiqin şeirlə yazılan bir sıra mənzum nağılları da vardır ki, bunlardan biri «Zəhmət və zinət» əsəridir.
«Zəhmət və zinət» əsərində iki böyük həyati qüvvə olan zəhmət və zinətin qarşılıqlı münasibətlərindən, onlann insan həyatı üçün əhəmiyyətindən, zəhmətin həyatın zinəti olmasından danışır. Əsərdə zəhmət və zinət iki çarıq kimi verilir. Zinətin başa çıxaraq əzizlənməsi, özünün isə heç saya alınmaması zəhməti küsdürür və o, Alış kişinın evini tərk edir. ilk vaxtlar buna o qədər də fikir verməyən, zinəti əzizləyən Alış kişi sonralar başa düşür kı, zəhmətsız zinət heç nəyə dəyməz. O, çətinliklərə düşür, el qınağı eşidir və zinətlə birgə zəhmətin sorağına çıxır. Uzun müddət axtardıqdan sonra onlar zəhməti tapırlar.
Zəhmət günahını etiraf edən Alış kişini bağışlayır və yenidərı zinətlə qoşalaşır. Əsərdən çıxan nəticə də budur ki, həyatın sevinci, xoşbəxtliyi yalnız əməkdə, alın tərində, zəhmətdədir. Müəllif əsərdə bu ideyanı çox maraqlı bir epizodla təqdim edir. Zəhməti axtara-axtara çölləri dolaşan dağları gəzən Alış kişinin qarşısına bir qab çıxır. Qabın içində bir kitab görən Alış kişi onu açır və bu sözləri oxuyur:

Bu dünyada sev zəhməti,
Odur həyatın zinəti!

Dünyada doğrudan da, əsl zinət, əsl xoşbəxtlik əməkdə, zəhmətdədir. Mən də əməyi sevirəm və gələcəkdə öz əməyimlə ucalmağa çalışacağam.
Abdulla Şaiq "Zəhmət Və Zinət" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar