Satirik nəsrin də bir sıra gözəl nümunələrini yaratmış görkəmli ədib üçün psixoloji üslub daha çox səciyyəvidir. 60-cı illərdə qələmə aldığı "Məhtaban" povesti nəsrimizdə bu üslubun parlaq nümunəsi sayılmağa layiq əsərlərdəndir. Müəllif əgər "Öz minnətinə" povestində heç kimə əyilməyən, məğrur təbiətli bir insanın obrazını yaradırsa, "Məhtaban"da dərin ictimai-siyasi problemlərə toxunur. Yoxsul, lakin azadlıq ideyaları ilə çırpınan Məhtabanın mənəvi gözəlliyi, onun hər cür saray çəkişmələrindən yüksəkdə dayanan və azadlıq arzuları ilə döyünən qəlbi, fikir və hissiəri ustalıqla qələmə alınmışdır. Öz taleyini qoca Məmalik xanla bağlayan Məhtabanın saf duyğuları yaşadığı mühitin dar çərçivəsinə s ığınır. Onun həyatını Məmalik xanın yaxın adamları z əhərləmək üçün yeganə övladının əmgəyinə riyakarlıqla iynə yeridib, faciəli ölümünə səbəb olurlar. Bu povestdə insanın yaşayıb-yaratmaq eşqi, məhəbbət hissləri, qoca Məmalikin həyat eşqi və Məhtabana olan saf duyğuları xüsusi hərarətlə, humanist mövqedən əks etdirilmişdir.
Süleyman Rəhimov "Məhtəban" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Şərhlər 0
Şərh Yaz