Osho "Tantra: Mənəviyyat və Seksuallıq" PDF
- Müəllif:
-
Dil:
- Janr: Seksuallıq
- Baxılıb: 1 370
- Yükləndi:
- Yükləyən:
Əvvəllər "Xristianlığın Mahiyyəti" və "Gələcəyin Fəlsəfəsi" adlı kitablarını nəşr etdiyimiz L. Feyerbaxın fikrincə, ilahiyyatın əsl mənası insanşünaslıqdır və din insan ruhunun yuxusudur. Amma biz yuxuda olsaq belə, boşluqda və ya göydə yox, yer üzündə, yəni gerçəklik aləmində oluruq. "Xristianlığın Mahiyyəti" əsərində bu fikrin təməlini qoyan Feyerbax, "Tanrıların Yaranışı" kitabında isə klassik, yəhudi və xristian qədim mətnlərinə çoxlu istinadlar edərək bu fikrini təhlil etməyə çalışır.
"Tanrı, mənşə və mahiyyət etibarilə bir 'ağıl obyekti' deyil, onu bu hala sonrakı nəsillərin ağılsızlığı və ya ağlı gətirib. O, mühakimənin, fəlsəfənin obyekti və ya məhsulu da deyil, çünki hələ filosoflar olmayanda tanrılar var idi və kainatın səbəbləri, oddan və ya sudan, hətta heçlikdən yaranması barədə cəfəngiyat danışmaq heç kimin ağlına gəlmədiyi vaxt da onlar mövcud idi. Tanrı, əslində bir istəyin, arzunun obyektidir; o, istənildiyi, ürəkdən arzu edildiyi, tələb olunduğu üçün təsəvvür edilmiş, düşünülmüş, inanılmış bir varlıqdır. Gözün mahiyyətinə uyğun bir varlıq olaraq, işığın yalnız göz üçün vacib bir obyekt olması kimi, tanrı da sadəcə ümumi bir istəyin ob