Nusalova Zenfira "Xəyallardan gerçəkliyə" PDF
- Müəllif:
-
Dil:
- Janr: Kitab
- Baxılıb: 134
- Yükləndi:
- Yükləyən:
Şərqin böyük söz sahibləri insana qüdrət və qüvvət yiyəsi kimi yanaşmışlar. C.Rumi yazırdı; Ey insan, ən müqəddəs kitab sənsən. Sən dünya gözəlliklərinə bir aynasan.
Bəli, İNSAN! İlahi insanı torpaqdan yaradıb yerə göndərəndə ona heç bir təbiət elementinə bəxş etmədiyi qabiliyyəti verib. İnsan sevir, sevilir. İnsan qurur, yaradır. İnsan nifrət edir, insan uçurub dağıdır. Bu ikibaşlı, ikiqütblü bacarıq, qabiliyyət bir varlığın-insanın təbiətində birləşib. Və insanı bütün maddi varlıqlardan fərqləndirən bir qabiliyyət də var; danışmaq, hiss və duyğularını, fikir və düşüncələrini ulu Füzuli demiş ilahi nemət olan sözlə ifadə etmək.
İnsan üçün söz ən kəsərli silahdır. İnsan üçün söz ən qiymətli sərvət, ən müqəddəs nemətdir. Söz insanın daxili aləminin ilahi ifadəsi və təcəssümüdür.
Bəli, söz! Sözün qüdrəti...sözün sehri... Və bu sözün sahibi olan insan. O insan ki, qəlbinin oyanış, həyata baxış müstəvisində həyatı olduğu kimi dərk etmək, fikir və düşüncələrini müsbət anlamda cəmiyyətin ehtiyac olduğu dönəmində ona çatdırmaq arzusuyla yola çıxır. Bu, insanlığın əsl başlanğıcı, kamillik dövrünün yetərliyidir, desəm, yanılmıram.
Şərhlər 0
Şərh Yaz