Azərbaycancaaz
Mir.az » Kitablar » Carrie Ryan "Qaranlıqlar Şəhəri" PDF

Carrie Ryan "Qaranlıqlar Şəhəri" PDF

Carrie Ryan "Qaranlıqlar Şəhəri" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 75% 75%


Diqqət Çəkənlər

Qaranlığa əsir düşmüş bir şəhərdə yaşayan Annahın tək istəyi keçmişini unuda bilmək idi.

Bacısını Lənətlilər Meşəsində tərk etdiyi günü, Qaranlıqlar Şəhərinə gələrkən rastlaşdığı Lənətliləri, tikanlı məftillərin açdığı və ömür boyu daşıyacağı yaraları... Ən əsası isə Eliasın Təşkilata qoşulmaq üçün ayrıldığı anı.

Annah illərdir Eliasın evə qayıtmasını gözləyir. Onun yoxluğunda həyatı, yaşadığı xarabalıq içində dolaşan ölülərin varlığından fərqsizdir. Lakin Catcherlə tanış olduqdan sonra yenidən yaşadığını hiss etməyə başlayır. Catcherin sirrini açmağa çalışan Annah, bu qaranlıq həqiqətlərin unutmağa çalışdığı keçmişini təlatümə salacağını və təsəvvür edə bilməyəcəyi qədər təhlükəli bir gələcəyə qapı açacağını ağlına belə gətirmir.

Annahın bir seçim etməsi lazımdır: Qanla yoğrulmuş bu dünyada həyata tutunacaqmı, yoxsa Geri Dönüş adlı fəlakətdən qaçmağın tək yolunun ölüm olduğunu qəbul edəcəkmi?

"Carrie Ryanın yaşayan ölülərlə bağlı hekayəsi gözlənilmədən həyatla bağlı möhtəşəm və qəlb dağlayan bir dastana çevrilib. Bu kitaba vuruldum. Kaş ki, mən yazsaydım."
Rachel Caine

"Söylənəcək tək söz var: İndiyə qədər oxuduğumuz ən yaxşı distopiya. Ryan ölüm qorxusunu qəlb ağrıdan bir ümid və sevgi nəğməsinə çevirib. Sürülərlə dolaşan yaşayan ölülərin içində ölməyəcək yeganə şey insan qəlbidir."
Kami Garcia və Margaret Stohl

Carrie Ryan "Qaranlıqlar Şəhəri" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz