Azərbaycancaaz
Mir.az » Kitablar » Isnam Taljic "Srebrenitsanın Hekayəsi" PDF

Isnam Taljic "Srebrenitsanın Hekayəsi" PDF

Isnam Taljic "Srebrenitsanın Hekayəsi" PDF
  • Reytinq: 4
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

Srebrenitsa: Qərb mədəniyyəti və BMT-nin tarixin zibilxanasına basdırıldığı şəhər.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Təhlükəsiz Zona elan edilən Srebrenitsa da 11 iyul 1995-ci ildə minlərlə insan BMT-nin və bütün dünyanın gözü qarşısında serblər tərəfindən qətlə yetirildi və yaşadıqları yerləri tərk etməyə məcbur edildi. Üstəlik serb əsgərlərinin konvoyunun benzini Hollandiya əsgərləri tərəfindən təmin edilmişdi. Geriyə bəşəriyyət tarixinin ən böyük rüsvayçılıq səhnələrindən biri qaldı...

Hələ də tam mənası ilə aydınlaşdırılmayan Srebrenitsa qətliamı, insanoğlunun gördüyü ən böyük qırğınlardan biridir və bu gün qətliamın 12-ci ilində hələ də məzarlardan insan skeletləri və tükürpədici yeni sənədlər üzə çıxmaqda davam edir...

2007-ci ilin fevralında Beynəlxalq Ədalət Məhkəməsi Srebrentsada baş verənlərin soyqırım olduğu barədə qərar qəbul etdi, amma "Cinayət var, cinayətkar yoxdur" dedi və həbs ediləcək kimsəni tapa bilmədi.

Balkan ədəbiyyatının ən böyük adlarından İsnam Taljiç Srebrenitsanın hekayəsi və faciəsini danışır. Dərdini danışacaq kimsəni tapa bilməyən, dağılmış, bitkin insanların hekayəsidir bu. Çarəsizliyin rəsmi...

Isnam Taljic "Srebrenitsanın Hekayəsi" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz