Real faktlar əsasında yazılmış roman əfsanəvi kəşfiyyatçı, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edir.
Əsərdə 1828-ci ildə İran və Türkiyədən Azərbaycanın tarixi ərazisi olan Qarabağa köçürülmüş ermənilərin zaman-zaman torpaqlarımıza göz dikməsi, Qarabağda ikinci erməni dövləti yaratmaq arzuları, bu arzuların gerçəkləşdirilməsi üçün ötən əsrin sonlarından başlayaraq Azərbaycan xalqının başına açdığı müsibətlər, soyqırımlar, eləcə də 1990-1993-cü illərdə Qarabağ bölgəsindəki Şuşa, Laçın, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonlarını işğal etməsi, tarixi abidələri, yurd yerlərini viran qoyması və s. bədii təsvirlər və rəsmi qaynaqlarla oxucuya təqdim edilir.
Kitabda, həmçinin Azərbaycan Ordusunun 2016-cı ilin 4 aprel və 2020-ci ilin 44 günlük döyüş əməliyyatları, nəhayət, 2023-cü ilin 19-20 sentyabr günlərində həyata keçirdiyi sonuncu lokal hərbi əməliyyatları ilə 30 il ərzində işğal altında qalmış bütün əraziləri azad edərək düşmənin Qarabağda yaratmaq istədiyi ikinci erməni dövlətini – “Dağlıq Qarabağ Respublikası” adlı qondarma-separatçı qurumu tarixin arxivinə göndərməsi, nəhayət, 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Ağdərə və Xocalıda Azərbaycanın üçrəngli Dövlət Bayrağını qaldırması şanlı tarixi hadisə kimi oxucuya təqdim edilir.
Şərhlər 0
Şərh Yaz