Azərbaycancaaz
Mir.az » Kitablar » Philip K. Dick ́"Androidlər Elektrik Qoyunlar Düşünür?" PDF

Philip K. Dick ́"Androidlər Elektrik Qoyunlar Düşünür?" PDF

Philip K. Dick ́"Androidlər Elektrik Qoyunlar Düşünür?" PDF
  • Reytinq: 5
  • Şərhlər: 0
Populyarlıq 60% 60%


Diqqət Çəkənlər

Elə də uzaq olmayan bir gələcəkdə radioaktiv toz bütün dünyanı örtüb, meşələr və heyvanlar məhv olub. İnsanlar ağır həyat şəraitinin hökm sürdüyü koloniya planetlərinə köçüb, əvvəllər müharibə maşını kimi yaradılan robotlar getdikcə daha da inkişaf edərək insandan daha ağıllı və güclü olublar. İnsan ilə androidi ayıran yeganə şey empati bacarığıdırmı?

Bütün bu xaosun ortasında mükafat ovçumuz Rick Deckard var. Onun ən böyük arzusu elektrik qoyun yerinə həqiqi bir heyvan sahibi olmaqdır. Amma bunun üçün Marsdan qaçmış səkkiz androidi "təqaüdə göndərərək" alacağı mükafat puluna ehtiyacı var. Bu missiya isə onu insan ilə maşın arasındakı fərqi sorğulamağa məcbur edəcək bir varoluş mübarizəsinə çevirir.

Bütün zamanların ən yaxşı elmi fantastika filmlərindən biri olan Blade Runner və onun davamı Blade Runner 2049 haqqında düşünmədən olmaz. Bu əsər saysız yazara və hekayəyə ilham mənbəyi olmuş əsl bir klassikdir. Bəs siz nə qədər insansınız?


Philip K. Dick ́"Androidlər Elektrik Qoyunlar Düşünür?" PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz