Azərbaycancaaz
Mir.az » Kitablar » İon mayeləri, sintezi və tətbiqi PDF

İon mayeləri, sintezi və tətbiqi PDF

İon mayeləri, sintezi və tətbiqi PDF
  • Reytinq: 0
  • Şərhlər: 0
Populyarlıq 100% 100%


Diqqət Çəkənlər

XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən qlobal problemlərdən biri ətraf mühitin qorunması problemidir və ekoloji zərərsiz istehsal və emal texnologiyalarının yaradılması bu problemin aradan qaldırılmasının perspektiv və praktiki əhəmiyyət kəsb edən istiqamətlərindən biri hesab olunur.

Bu nöqteyi nəzərdən bu monoqrafiyanın əsas məqsədi ion mayeləri elmi istiqaməti ilə yaxından maraqlanan tələbə, magistr, doktorant və bu sahədə artıq müəyyən təcrübəsi olan digər mütəxəssislərin ion mayelərinə dair əsas anlayışlar, sintez üsulları, xassələri və tətbiq sahələri haqqında daha əhatəli məlumat əldə etmələri üçün imkan yaratmaqdan ibarətdir. Monoqrafiyada eyni zamanda həm dünya miqyasında, həm də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları tərəfindən «yaşıl kimya» prinsiplərini qoruyan ion mayeləri, ion maye monomerlər və ion maye polimerlərin sintezi, tədqiqi və geniş spektrli tətbiq sahələri istiqamətində aparılmış tədqiqatların nəticələrini
əks etdirən məlumatlar verilmişdir.

Ümid edirik ki, monoqrafiya oxucularda bu sahəyə həsr olunmuş maraqlı və unikal materialları araşdırmağa maraq yaradacaq. Bu məqsədlə ion
mayeləri barədə son illərin ədəbiyyat materialları daxil olmaqla yüksək impakt faktorlu jurnallarda dərc olunmuş bir çox ədəbiyyatlara və elmi əsərlərə
müraciət edilmişdir.
İon mayeləri, sintezi və tətbiqi PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz

Yeni Kitablar

Bütün Kitablar