On beş yaşlı Eden, illər sonra uşaqlıq dostu Micahla yenidən qarşılaşdığında ondan qaçıb gizlənməyi düşünəcək qədər utancaq bir qızdır. Lakin bunu etməyə macal tapmamış, özü də bilmədən hamının gözü qarşısında qollarını onun boynuna dolayaraq ona sarılır. Bu anda uşaqlıq dostunun həyatını sonsuza qədər dəyişdirdiyindən xəbərsizdir.
Bir anda mələklər və iblislərin dünyasında gözlərini açan Micah, dünyanı bürümək üzrə olan alovları söndürmək üçün seçilmiş bir Bilici olduğunu öyrənir. Eden isə utancaqlığı və səkərliyindən əl çəkmədən, qoruyucusunun onu izlədiyindən və özü də fərqində olmadan digər insanları oyandırmağa davam etdiyi bir zamanda yeni məktəbinə uyğunlaşmağa çalışır. Edenin toxunduğu şəxslər illər əvvəl Hanok şəhərində və şəhərin altındakı gizli məbəddə müəyyən vəzifələr götürmüşdülər və bu vəzifələri yerinə yetirmə vaxtı çatıb.
Eden və Micah, ətraflarındakı görünməz müharibələrin içində öz şəxsiyyətlərini tanımağa çalışaraq, yaxın gələcəkdəki böyük məhvə və bu məhvdə oynayacaqları rola hazırlaşmağa başlayırlar. Onları gözləyən bu mübarizədə ya zəfərlə ayrılmalı, ya da sevdikləri hər kəsi təhlükəyə atmalı olacaqlar.
Şərhlər 0
Şərh Yaz